GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Evdən qaçan qadın başqa-başqa kişilərlə gəzdi: bunu görən əri isə... – ŞOK

Evdən qaçan qadın başqa-başqa kişilərlə gəzdi: bunu görən əri isə... – ŞOK

Tarix: 21-06-2024, 17:34 Bölmə :Kirminal Baxış: 176

bitmap-img6


Abşeron rayonunda 1985-ci il təvəllüdlü Cavid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Afaqa (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə ötən il iyunun 15-də, saat təxminən 22 radələrində Abşeron rayonu, Masazır kəndində baş verib.

Cavid Ə.Vahid küçəsi ilə Məzunlar evi istiqamətinə gedən yolun kəsişməsində işıqforun yanında arvadı Afaqla qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onun evlərinə qayıtmasına etiraz etməsi və öz həyatını yaşamasını deməsi səbəbindən üzərində olan bıçaqla döş və qarın boşluqlarına iki dəfə zərbə vurub.
İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Məni saxlayan var, get öz həyatını yaşa”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Afaq ilə 18 ildir rəsmi olaraq ailə qurub, 2 övladları var: “Ailə qurandan sonra Yevlax şəhərində yaşamışıq. Bir ilə yaxındır ki, Samux rayonu, Seyidlər qəsəbəsində dövlət tərəfindən verilən sosial evdə yaşadıq. 2023-cü ilin may ayının əvvəllərində Afaq ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisələrimiz oldu. Həmin mübahisədən sonra Afaq qızım Səidəni özü ilə götürərək Abşeron rayonu, Masazır kəndində Məzunlar evində yaşayan bacısı Samirə və Sevilin yanına gəldi. Təxminən 10 gün sonra Afaqı evə qaytarmaq məqsədi ilə arxasınca onun bacısının evinə gəldim. Uşaqlar ortalıqda qalmasın deyə mənimlə evə getməsini dedim. Afaq mənimlə qayıtmaq istəmədiyini, “məni saxlayan var, get öz həyatını yaşa” deyərək cavab verdi. Afaqın bu sözü mənə pis təsir etdi. Mən bir neçə dəfə Afaqı evə aparmağa gəlsəm də, Afaq mənimlə getmədi. Afaqın Masazır qəsəbəsində kafedə işlədiyini öyrəndim”.

“Bıçaq qarın boşluğuna dəydi”

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də, saat 10 radələrində Afaqın işlədiyi yerə yaxın yolun kənarında dayanıb və gözləyib ki, Afaq işdən çıxanda sonunla görüşüb, bir daha evə qayıtmasını desin. “Bir az keçəndən sonra Afaqın yolu keçdiyini gördüm. Afaq məzunlar evinə gedən yolda dayanan “Mersedes Vita” markalı avtomobilə yaxınlaşdı və ondan Məzunlar evinə gedib-getməməsini soruşdu. Həmin avtomobilin sürücüsü avtomobili arxaya verərək saxladı. Mən Afaqa tərəf getdim və onu çağırdım, rayona evə getməsini bildirdim. Afaqa uşaqların tək qaldığını, aramızdakı küskünlüyə son qoymasını istədiyimi bildirdim. Afaq evə qayıtmayacağını, öz həyatını yaşadığını dedi. Afaqın bu sözündən sonra əsəbləşərək baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Sonra isə Afaqı özüm ilə aparmaq istədim. Afaq qışqıraraq ətrafdakı şəxslərdən kömək istədi. Mən bunu görərək cibimdə olan çörək bıçağını çıxardım və əvvəl Afaqın sağ tərəfdən ayağına vurmaq istədim. Afaq əyildiyi üçün bıçaq qarın boşluğuna dəydi”.

Cavidin ifadəsinə görə, daha sonra yenidən bıçaqla Afaqın sol tərfdən qarın boşluğuna zərbə endirib: “Afaq bıçaqla vurduğumu gördü və vurmamağımı, evə qayıdacağını dedi. Afaq əli ilə qarnını tutaraq yerə yıxıldı. Mən isə oradan uzaqlaşdım və taksiylə avtovağzala gəldim. Taksiyə minməzdən əvvəl Afaqı vurduğum bıçağı orada boş əraziyə tullandım”.

“Qadının həyat yoldaşım olduğunu dedim”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin hadisədən təxminən 1 həftə əvvəl Afaqın işlədiyi kafeyə gələrkən onun bacılarının “Cehvrolet Gruz” markalı avtomobillə gəldiklərini, Afaqın isə kafedən çıxaraq həmin maşına əyləşdiyini görüb: “Onlara yaxınlaşdım və sürücüyə maşını saxlamasını tələb etdim. Bu vaxt Afaqın bacıları, həmçinin maşının sürücüsü mənimlə söz mübahisəsi etdilər. Mən sürücüyə avtomobildə olan qadının həyat yoldaşım olduğunu və maşından düşürməsini dedim. Həmin şəxs mənə “Bolt” taksi şirkətində işlədiyini, onları müştəri kimi apardığını dedi. Mən sürücüyə məsləhət gördüm ki, Afaqı maşından düşürsün. Bundan sonra Afaqın bacıları sürücüyə maşına əyləşib getməsini dedilər. Həmin sürücü onları “Məzunlar evi” istiqamətində apardı. Taksi sürücüsü geri qayıdanda saxlatdırmaq üçün işarə etdim. Onunla söhbət etmək istədim. Amma sürücü maşını saxlamadı”.

“Sənə həddini bildirəcəm”

Cavid deyib ki, həmin taksi sürücüsü onun nömrəsini baldızı Sevildən alaraq ona zəng edib: “Mənə “Məzunlar evi”ndə Ramal adlı dostunun yaşadığını, onun yanına gedəndə baldızlarımın taksi sifarişi verdiklərini bildirdi. Həmin sürücü dedi ki, guya maşınını saxladanda qapının şüşəsinə toxunduğum üçün şüşə qalxıb-enmədi. Həmin nasazlığın pulunu mənim ödəməli olduğumu söylədi. Sürücüyə maşınına toxunmadığımı və heç bir pul verməli olmadığımı bildirdim. Sürücü ünvanıma söyüş işlətdiyi üçün mən də ona söyüşlə cavab verdim. Sürücü mənə “əgər kişisənsə, nə vaxt Masazıra gəlsən mənimlə görüş sənə həddini bildirəcəm” dedi”.

Cavid qeyd edib ki, iyunun 15-də Masazıra gələndə Qurtuluş-93 massivində yerləşən təsərrüfat malları satılan mağazadan 1 ədəd çörək, yəni mətbəx bıçağı alıb: “Bıçağı aldım ki, həmin taksi sürücüsü ilə görüşəndə özümü müdafiə edim. Lakin taksi sürücüsünün mobil nömrəsinə zəng vursam da, həmin şəxs zəngimə cavab vermədi. Buna görə də həmin bıçağı şalvarımın kəmərinə keçirdim”.

“Törətdiyim əməli etiraf etdim”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində hadisələri belə danışıb: “Hadisədən sonra Afaqın işlədiyi kafedə dönər satan işləyən Amil adlı şəxs zəng vurdu və Afaqı niyə vurduğumu soruşdu. O, Afaqı xəstəxanaya apardığını bildirdi. Mən yaşadığım Yevlax şəhərinə qayıdanda polis əməkdaşları zəng vuraraq törətdiyim hadisə ilə əlaqədar olaraq Abşeron Rayon Polis İdarəsinə gəlməli olduğumu bildirdilər. Mən həmin gün evə getdim. Atama hadisə barədə məlumat verdim və bir neçə gün sonra isə Abşeron Rayon Polis İdarəsinə gələrək törətdiyim əməli etiraf etdim”.

“Məni hədələdi”

İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əvvəllər əri Cavidlə mehriban olublar: “Cavid son bir neçə ildir ki, pis vərdişlərə qurşanmışdı. Bundan başqa qadınlarla münasibətdə olması, mütəmadi içkili vəziyyətdə evə gəlməsi, bəzi vaxtlar evdə gecələməməsi səbəbindən aramızda mübahisələr yarandı. Artıq Cavidin hərəkətlərinə dözmədim və 2023-cü ilin mayın 7-də qızım ilə Abşeron rayonu, Masazırda “Məzunlar evi”ndə yaşayan bacım Samirənin evinə gəldim. Orada yaşamağa başladım. Ailəmi dolandırmaq üçün Masazır qəsəbəsində “Qurtuluş-93” yaşayış kompleksində yerləşən ailəvi restoranda xadimə işlədim. Bacımgildə qaldığım müddətdə Cavid telefonla mənə zəng etdi və evə qayıtmağımı bildirdi. Hətta Cavid bir neçə dəfə bacımın evinə və işlədiyim yerə gələrək evə qayıtmağımı tələb etdi. Cavid mənim işləməyimə razı olmadım. Mən isə Cavidə onunla birlikdə yaşaya bilmədiyimi dedim. Cavid isə məni sözlə hədələdi. Cavid məni narahat etdiyi və hədələdiyi üçün qorxdum və xadimə kimi işlədiyim restorandan işdən çıxdım”.

“Gəl burdan gedək, ailəmiz dağılmasın”

Zərərçəkmiş qeyd edib ki, təxminən 10 gün sonra, iyunun 9-da “Qurtuluş-93” yaşayış kompleksində yerləşən “Qafqaz” ailəvi restoranında ona aşpaz işi təklif olunub: “Həmin restoranda səhər saat 10-dan 15:00-dək işləmişəm. İyunun 15-də işlədiyim restoranda məktəblilərin son zəng tədbiri olduğu üçün həmin gün işdən gec çıxası oldum. Saat təxminən 22 radərində işdən çıxdım və piyada “Qurtuluş-93” kompleksində işıqforun yanına yaxınlaşdım. Məzunlar evinə gedən 1 manatlıq taksi ilə evə getdim. Həmin vaxt maşınların hərəkəti intensiv olduğundan avtomobil yolunu keçməkdə çətinlik çəkdiyi üçün yolun kənarında olan yaşlı kişidən mənə yolu keçməyə köməklik etməsini xahiş etdim. Lakin həmin kişiyə ehtiyac olmadan yolu keçib səkiyə çatdım. Bu vaxt məzunlar evi istiqamətinə gedən taksini saxlatdım və məzunlar evinə neçəyə aparasını soruşdum. Taksi sürücüsü 3 manat istədiyi üçün razı olmadım və başqa maşını gözləyəsi oldum. Bu vaxt həmin taksiyə bir nəfərin yaxınlaşmasını kənardan gördüm. Lakin həmin şəxs taksiyə işarə verərək getməsini dedi. Qaranlıq olduğu üçün həmin şəxsin kim olduğunu görmədim. Həmin şəxs mənə tərəf gələndə həyat yoldaşım Cavid olduğu məlum oldu. Cavid qaça bilməyim deyə çiynimdəki çantanın qulpundan tutaraq saxladı. Cavid mənə “gəl burdan gedək, ailəmiz dağılmasın” dedi. Cavidə heç bir yerə getmədiyimi, uşağımı verməyəcəyimi və məndən əl çəkməsini dedim. Cavid bu sözümdən sonra “nə uşaq, getmirsən?” deyərək saçımdan tutdu. Sonra başıma və kürəyimə yumruqla vurdu. Cavidə məni öldürsə də, getməyəcəyimi dedim”.

“Ərimin məni bıçaqla vurduğunu bildirdim”

Zərərçəkmiş deyib ki, bu zaman Cavid əlindəki bıçaqla onun qarın nahiyəsinin sağ tərəfinə vurub: “Mən arxaya çəkildim və əlimi qarnıma tutdum. Caviddən məni niyə vurduğunu soruşdum. Bu vaxt yenidən qarın boşluğuma sol tərəfdən 1 dəfə vurdu və oradan qaçaraq üzü “Duz gölü” istiqamətində getdi. Mən xəsarət aldığım üçün dayanacağa tərəf getdim və kömək istədim. Bundan sonra əvvəl xadimə işlədiyim restoran yaxınlıqda olduğum üçün ora getdim. Həmin restoranın qarşısına çatanda “köməyə gəlin” çağırdım. Həmin restoranda inzibatçı işləyən bayıra çıxdı və mənim vəziyyətimi gördü. O, nə baş verdiyini soruşdu. Ona ərim Cavidin məni bıçaqla vurduğunu bildirdim. Mənə evə məlumat verməyimi dedi. Ona telefonunu düşürdüyümü bildirdim və bacımın nömrəsini ona verdim. Bacıma zəng vuraraq məlumat verməsini xahiş etdim. Bacıma məlumat verdikdən sonra məni taksi ilə Abşeron rayon xəstəxanasına apardı. Bacım xəbəri eşidərək xəstəxanaya gəldi. Orada həkimlər vəziyyətimin ağır olduğunu bildirdilər və təcili yardım maşını ilə Bakı şəhərindəki xəstəxanaya göndərdilər. Bundan sonra huşum özümdə olmadı. Özümə gələndən sonra əməliyyat olunduğumu bildim”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid 3 il azadlıqdan məhrum edilib./Teleqraf.com




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gecə saat 03.00-da yatarkən öldürüldü, qatili arvadı çıxdı - BAKIDA ŞOK CİNAYƏT

    Gecə saat 03.00-da yatarkən öldürüldü, qatili ...

    25-09-2020, 13:43

  • 
  • “Məqsədim işgəncə vermək olub”

    “Məqsədim işgəncə vermək olub” ...

    18-02-2018, 21:07

  • 
  • "O MƏNİ VURACAQDI, MƏN VURDUM"- "Yaşa Bakinski"ni öldürən şəxsin məhkəməsi

    "O MƏNİ VURACAQDI, MƏN VURDUM"- ...

    1-11-2017, 13:40

  • 
  • “Məqsədim işgəncə vermək olub”

    “Məqsədim işgəncə vermək olub” ...

    12-02-2018, 11:00

  • 
  • Qusarda toydan çıxan kişi həmkəndlisini ağac parçası ilə döydü - TƏFƏRRÜAT

    Qusarda toydan çıxan kişi həmkəndlisini ağac ...

    19-04-2022, 15:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu