Xəbər verildiyi kimi, bugün polisin Şüvəlandakı əməliyyatı zamanı 3 polis əməkdaşı və 1 mülki şəxs güllələnib.
Gundemxeber.az xəbər verir ki, "Gununsesi.info" polisləri və qonşusunu qətlə yetirən Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğluyla bağlı bir sıra məlumatlar əldə edib.
Məlumatda bildirilir ki, Rövşən Allahverdiyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Əvvəllər də bu maddə ilə məhkum olunan Rövşən Allahverdiyevin ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurduğu deyilir.
İddialara görə, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub. Bildirilir ki, bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub. Onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.
Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib. Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?