Kriminal avtoritet “Rövşən Lənkəranski”nin ən yaxın adamlarından olan Toğrul adlı şəxs Moskvada dünyasını dəyişib. Moskvada yaşayan azərbaycanlılardan alınan məlumata görə, Toğrul “Rövşən Lənkəranski”nin sağ əli sayılırmış və demək olar ki, avtoritet bütün işlərinə nəzarəti ona həvalə edibmiş. Kriminal aləmdə kifayət qədər nüfuzlu şəxs olan Toğrulu əvvəllər Moskvada bir neçə dəfə gülləyiblər, amma hər dəfə onun həyatını xilas etmək mümkün olub.
İndi isə xərçəng xəstəliyindən dünyasını dəyişib. Toğrul doğulduğu Gədəbəy rayonunda dəfn olunub, onun dəfnində bir sıra tanınmış avtoritetlərin iştirak etdiyi bildirilir. Tanıyanlar deyir ki, onun ölümü “Rövşən Lənkəranski” üçün çox böyük itkidi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?