GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb... – ŞOK TƏFƏRRÜAT

İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb... – ŞOK TƏFƏRRÜAT

Tarix: 19-07-2024, 23:34 Bölmə :Kirminal Baxış: 265

İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb...

Bakıda adam oğurluğunda ittiham olunan 1994-cü il təvəllüdlü Məcidbəy Vəkilov, 1997-ci il təvəllüdlü Hüseyn Məlikov və 1991-ci il təvəllüdlü Hacıbəy Rzaxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Təqsirləndirilən şəxslər taksi xidməti göstərən Xaliq Abdullayevə yaxınlaşıblar.

Onlar guya müştəri qismində Xaliqdən əvvəlcə Keşlə qəsəbəsindəki məscidin qarşısına aparmasını xahiş ediblər. Sürücü təklifi rədd etdikdə onu avtomobildən düşürərək sifət nahiyəsinə yumruqla zərbələr endiriblər.
Daha sonra bıçaq nümayiş etdirib ona hədə-qorxu gəliblər, telefonlarını əlindən alıblar. Xaliqi zorla “Khazar” markalı avtomobilin arxa oturacağına əyləşdiriblər, bədəninin müxtəlif nahiyələrinə yumruq-təpiklə vurublar. Onun cibindən 74 manat nağd pulunu götürüblər.
Xaliqin üzərində olan əşyaları da götürdükdən sonra ondan 5 min manat tələb ediblər.
Xaliq tələb olunan məbləğdən 1000 manat pulu evindən götürərək onlara verəcəyi ilə razılaşıb. Qrup üzvləri Xaliqi “Ət Kombinatı”nın yaxınlığında avtomobildən düşürüblər.
Qeyd edək ki, Xaliqin etibarnamə əsasında idarə etdiyi “'Khazar” markalı avtomobil “Azərmaş” MMC-yə məxsus olub. Buna görə də MMC-də iş üzrə zərərçəkmiş qismində tanınıb. Dəstə üzvləri avtomobili talama məqsədi olmadan qaçırıblar.
Həmçinin həmin vaxt avtomobili idarə edən Xaliqə qarşı cinayət faktları törədilib. Avtomobilə hər hansı bir maddi zərər dəyməyib, oğurlanan ehtiyat hissəsi olmayıb.
İstintaq orqanı tərəfindən Məcidbəy Vəkilov, Hüseyn Məlikov və Hacıbəy Rzaxanovun barəsində Cinayət Məcəlləsinin 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu), 144.2.4 (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu), 144.2.5 (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu), 144.2.6 (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu), 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq), 181.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3 (zor tətbiq etmə ilə hədə-qorxu yolu ilə tələb etmə), 185.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham elan edilib.

“Nə pul, nə telefon almışam”

Təqsirləndirilən şəxs qismində ifadə verən Hacıbəy Rzaxanov bildirib ki, qaydasız döyüş müəllimdir, motoskleti var, onu gündəlik kirayəyə verib:

“16 avqust 2021-ci ildə Məcidbəylə görüşdüm. Həmin gün motoskletimdə nasazlıq yarandı. Mənim Toğrul adında dostum var. Həmin əraziyə yaxın olduğundan motoskleti Toğrulgilin həyətinə qoymaq fikrinə düşdüm ki, gecə başqa yer tapmayacam. Ət Kombinatı olan yerə, yəni Xaliqgilin olduğu yerə çatanda dedik ki, taksi tutaq, gedib benzin alaq, nəsə bir şey edək ki, bəlkə motosklet işə düşə.

Məcidbəy Xaliqə yaxınlaşdı. Birdən gördüm ki, Məcidbəylə Xaliqin arasında dava-dalaş yarandı. Onları tez gedib aralaşdırdım. Aramızda tanışlıq yarandı. Sonra Toğrul gəldi. Toğrul da Xaliqi tanıdı. Biz həm yerli, həm də qonşu olduğumuzu bildik.

Sonra Hüseynə zəng etdik ki, bir yerdə gedib oturaq. Nərimanovda “Qədir Xum” restoranında dönər yemək istədik. Orda Xaliqin halı yaxşı olmadı, yolda ona su aldım. Xaliqdən nə pul, nə telefon almışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Xaliqin üzərinə bıçaq da çıxarmayıb: “Mənim Xaliqə bıçaq çıxarmağıma ehtiyac belə olmayıb. Çünki özüm idman müəllimiyəm. Xaliq taksi sürücüsüdür, günü 25 manata işləyir, ondan necə pul tələb edə bilərik? Xaliq xəstə, narkoman adamdır, indi onun qarşısına nə qoyublar, ona nə deyiblər, ona da imza atıb”.

“Bu cinayəti törətməmişəm”

Digər təqsirləndirilən Hüseyn Məlikov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, yaşadığı evin yaxınlında olan parkda dostu ilə söhbət edərkən Hacıbəy zəng edərək görüşmək istədiyini deyib: “Hacıbəy işlədiyi üçün gecələr görüşürdük. Hacıbəylə görüşə gələrkən Xaliq də orda idi. Onlar məscidin yanına gedib özlərinə siqaret aldılar. Sonra Nərimanov rayonuna getdik. Yolda dönərxananın qabağında maşından düşdük, dönər aldıq. Uşaqlar da yara bandı almaq üçün aptekə getdilər.

Xaliq özünü yaxşı apardı, heç bir narahatçılığı olmadı. Lakin üz-gözündən dava etdiyi müşahidə olunurdu.

Xaliqi düşürüb Pirşağıya dənz kənarına getdik. Orada Məcidbəylə bir qədər söhbət etdik. Yemək yedikdən sonra Məhəmmədiyə gəldik. Evdəkilərlə görüşüb maşını Ət Kombinatının qarşısındakı kafenin həyətinə qoyduq. Sonra Xaliq zəng etdi ki, gəlin, görüşək, 1000 manatı gətirib. Mən isə dedim ki, nə 1000 manat, sən nə pulundan danışırsan. Xaliq dedi ki, 1000 manat isəmisiz.
“Sən, deyəsən, yuxuda görmüsən, səndən pul istəyən olmayıb” dedim. Sonra Xaliq telefonunu qaytarmağımızıı bildirdi. Dedim, nə telefonu, hansı telefon, sən xəstəsən? Xaliq narkoman adamdır, ola bilsin, başı gedib.
Mən əvvəl də məhkum olunmuşam. Törətdiyim cinayəti etiraf etmişəm, kişi kimi yatıb, cəzamı çəkərək çıxmışam. Lakin bu cinayəti törətməmişəm. Mənə şər-böhtan atırlar”.

“Dedi ki, qaqa, maşın sizə qurbandır”

Təqsirləndirilən Məcidbəy Vəkilov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Rusiyadan həbs olunmamışdan bir müddət əvvəl gəlib: “Hacıbəylə məhlə uşağıyıq. Həmin gün bir yerdə olmuşuq. Hacıbəyin motoskleti var, mənə motosklet sürməyi öyrədib. Ət Kombinatının yanında motosklet xarab oldu. Hacıbəyin də orada tanışı vardı. İstədi ki, motoskleti dostunun həyətinə qoysun. O, motoskletdən düşdü. Motoskleti mühafizəçiyə verdim.
Həmin yerdə kombinatın müşahidə kamerası da var, hər şey kameraya düşüb. Mən Xaliqə yaxınlaşıb maşının pəncərəsini vurmuşam. Xaliq artıq-əskik danışmağa başladı. Orada başqa söhbətlər də oldu. Burda danışmaq istəmirəm.
Xaliq maşından düşərək mənə nalayiq sözlər işlətdi. Mən də Xaliqin sifətinə vurdum, ona xəsarət yetirdim. Hacıbəy qolumdan tutaraq məni kənarlaşdırdı. Sonra bir yerdə məscidə tərəf getdik ki, orada Xaliqin ağzının qanın yuyaq.
Bu vaxt Hacıbəy Hüseynə zəng etdi. Hüseyn gəldi, birlikdə 227 saylı məktəbin qabağında 24 saat işləyən şərab evinin qarşısına gəldik. Şərab evinin qarşısında Post Patrul Xidmətinin maşını dayanmışdı. Mağazindən siqaret götürdük, yenidən məscidə tərəf qayıtdıq. Xaliqin sifətini yuduq, oradan Nərimanova tərəf getdi.

Dönər evinin yanında Hüseyn maşından düşüb, aptekə getdi. Xaliq dedi ki, başqa tərəfə havasını dəyişməyə getmək istəyir. İstintaqda adı çəkilməyən adam var. O dedi ki, ailəli adamdır, onu aparıb evə düşürsünlər. Həmin adamı evinə düşürdük, yenidən Pirşağı tərəfə getdik, söhbətgahda əyləşib söhbət etdik.

Orada Xaliqə özünə gəlməsi üçün narkoloji dispanserə aparmağı təklif etdilər. Xaliq də bildirdi ki, qardaşı ölüb, anası ölüb, atası da xəstədir. Hacıbəy ona köməklik edə biləcəyini bildirdi. Yenidən Keşləyə gəldik. Xaliq dedi ki, qaqa, maşın sizə qurbandır. Orada Xaliqi düşürdük, Məhəmmədiyə getdik”.

“Hədə-qorxu gəldi”

İş üzrə zərərçəkmiş Xaliqin sözlərinə görə, 16 avqust 2021-ci ildə, gecə saat 04:00-da Keşlə qəsəbəsində Ət Kombinatının yaxınlığında etibarnamə əsasında idarə etdiyi “Khazar” markalı avtomobilində əyləşib:
“Bu zaman Keşlə sakinləri Hacıbəy və Məcidbəy maşınıma sürücü tərəfdən yaxınlaşdılar. Hacıbəy barmağı ilə sükan tərəfdən pəncərənin şüşəsini vuraraq şüşəni açmağımı tələb etdi. Şüşəni aşağı saldım, nə istədiyini soruşdum. Hacıbəy onları Keşlə məscidinin qarşısına aparmağımı xahiş etdi. Hacıbəyə və yanındakı Məcidbəyə bildirdim ki, canım ağrıdığı üçün gedə bilmirəm.
Bu vaxt Hacıbəy kobud şəkildə aşağı düşməyimi tələb etdi. Mən maşından düşüb onunla qarşı-qarşıya dayandım. Hacıbəy bu hərəkətimlə ona hörmətsizlik etdiyimi, onun qəsəbədə nüfuzlu biri olduğunu, heç kəsin onun sözündən çıxmağa cürət etmədiyini bildirdi. Sol gözümdən və sinəmdən yumruqla vurdu. Məcidbəy də bədənimin eyni nahiyəsini yumruqladı.
Bu vaxt Hacıbəy cibindən açılıb-bağlanan bıçağını çıxardı və mənə göstərərək üzərimdə mobil telefon olub-olmadığını soruşdu. Şalvarımın cibindən “Samsung” markalı telefonu çıxarıb ona verdim. Hacıbəy mobil telefonu götürdü və nəzər yetirərkən orada “Mahir“ adlı polis əməkdaşının nömrəsini gördüb əsəbləşdi. Yenə yumruq və təpiklə məni vurdu, telefonu cibinə qoydu.
Hacıbəy bıçaqla hədə-qorxu gələrək avtomobilin arxa qapısını açdı, əli ilə boğaraq məndən arxa oturacaqda oturmağımı tələb etdi. Qorxduğum üçün heç bir müqavimət göstərmədim. Hacıbəy mənimlə bərabər avtomobilin arxa oturacağında, Məcidbəy isə avtomobilin sükanı arxasında oturdu.
Bu vaxt tanıdığım Keşlə qəsəbə sakini Hüseynağa yaxınlaşdı. Əvvəlcə arxa qapını açaraq mənə təpik və yumruqla fiziki zor tətbiq etdi, sonra avtomobilin qabaq sağ oturacağında əyləşdi.
Maşından düşüb qaçmağa bir neçə dəfə cəhd göstərsəm də, Hacıbəy yumruq zərbələri ilə mane oldu. Əlində tutduğu bıçaqla məni hədələdi. Məcidbəy avtomobili hərəkətə gətirərək Keşlə qəsəbəsinin içərisində, "Happy” marketin qarşısında, içəri məhəllələrdə avtomobili idarə etdi”.

“Məni döyərək yerə yıxdı”

Zərərçəkmiş qeyd edib ki, daha sonra maşınla Babək prospektində Ağ şəhər istiqamətində yerləşən yanacaqdoldurma məntəqəsinə giriblər: “Maşın yanacaqdoldurma məntəqəsinə girməzdən əvvəl Hacıbəy əlində tutduğu bıçaqla hədə-qorxu gəldi, məndən nağd pul tələb etdi. Üzərimdəki 74 manat pulu Hacıbəyə verdim.

Məcidbəy 70 manat puldan 10 manatı yanacaqdoldurma məntəqəsinin işçisinə, qalan pulu isə Hüseynə verdi. Əvvəlcə Nobel prospektinə, daha sonra Xətai metrosu istiqamətində Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə, oradan da Keşlə qəsəbəsi istiqamətinə hərəkət etdik.
Yolda sifətimdəki qan izləri və bədənimdəki şiddətli ağrılardan ehtiyat etdim. Nərimanov rayonunda yerləşən apteklərin birinin qarşısında maşını saxlayıb, yara bandı aldılar. Vergilər Departamentinin yaxınlığında yerləşən dönərxananın qarşısında məndən aldıqları pulla Hüseyn 5 dönər aldı.
Avtomobillə Keşlə qəsəbəsindəki Ət Kombinatının qarşısına gəldik. Oradan təkrar Heydər Əliyev prospektinə çıxaraq üzü Zabrat istiqamətində yola davam edik. Zabrat qəsəbəsini keçdikdən sonra üzü Maştağa istiqamətinə deyil, Kürdəxanı qəsəbəsi doğru getdik.
Dəniz qırağında maşını saxladılar. Məni maşından düşürdülər. Hüseyn məni döyərək yerə yıxdı. Qolumdakı vəfat etmiş qardaşımdan yadigar olan qol saatını çıxardı, özünə götürdü. Məni avtomobilə əyləşdirdilər, təkrar Keşlə qəsəbəsi istiqamətində gətirdilər”.

“Ailə üzvlərimin şübhələnəcəyini bildirdim”

Xaliqin ifadəsinə görə, kombinatın qarşısında hədə-qorxu gəlməklə ondan 5.000 manat pul istəyiblər: “Bildirdilər ki, pulu dustaq qardaşlarına "qrev" göndərəcəklər. Mən isə həmin şəxslərdən canımı qurtarmaq üçün yalan danışaraq 5.000 manat deyil, 1.000 manat verə biləcəyimi bildirdim. Həmin şəxslər məni avtomobillə yaşadığım evin qarşısına qədər gətirdilər.
Onlardan ailə üzvlərimlə əlaqə saxlamaq üçün mobil telefonumu istədim. Telefonu mənə qaytardılar, evimin qarşısında, avtomobilin içərisində məni gözlədilər. Hətta Hacıbəy məni evimin giriş qapısına qədər təqib etdi.
Mən isə Hacıbəyi aldadaraq onun yanında ailə üzvlərimin şübhələnəcəyini bildirdim. Darvazadan aşaraq evin həyətinə daxil oldum, digər darvazanı açıb yolun o biri istiqamətinə keçdim. Qaçaraq oradan uzaqlaşdım”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, avqustun 16-da səhər saatlarında avtomobilinin Keşlə qəsəbəsində Hacıbəy, Məcid və başqaları tərəfindən idarə edildiyini görüb. Bu barədə polis idarəsinə məlumat verib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hacıbəy Rzaxanov və Məcidbəy Vəkilovun hər biri 10 il, Hüseyn Məlikxanov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər. /teleqraf.com/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Taksi sürücülərini "Qanıı göl"ə aparıb qarət edən dostlara ağır cəza kəsildi- 17 il

    Taksi sürücülərini "Qanıı göl"ə aparıb ...

    6-08-2018, 15:30

  • 
  • Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilən digər şəxslər saxlanılıb

    Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb ...

    27-11-2019, 11:19

  • 
  • "Ailə" TV-nin ofisinə basqın edən şəxslərin apellyasiya şikayəti təmin edilməyib

    "Ailə" TV-nin ofisinə basqın edən ...

    13-12-2018, 12:09

  • 
  • Müğənninin başına oyun açdılar, divanda oturdub... - Bakıda ŞOK OLAY

    Müğənninin başına oyun açdılar, divanda ...

    14-06-2024, 22:54

  • 
  • “Sürücülər bizimlə yaxınlıq edirdilər”

    “Sürücülər bizimlə yaxınlıq edirdilər” ...

    20-08-2017, 15:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu