Taksi sürücülərinə qarşı quldurluq edən dostlar hakiç qarşısına çıxarılıb.
gundemxeber.az musavat.com-a istinadla xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Asif Bayramlı və Telman Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə ötən il dekabrın 16-dan 17-nə keçən gecə baş verib. Paytaxtın Yasamal rayonu ərazisində taksi sürücüsünə basqın edilib. Özəl daşıma xidməti ilə məşğul olan 1981-ci il təvəllüdlü Məmmədov Fərhad Gülbala oğlu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 2-də Mikayıl Müşfiq küçəsindəki 33 nömrəli binanın yaxınlığında onun "Mersedes" markalı avtomobilinə iki sərnişin oturub. Gənclər sürücüdən onları "Qanlı göl" deyilən əraziyə aparmağı xahiş ediblər.
Orada naməlum sərnişinlər sürücünün boğazına bıçaq dirəyərək avtomobilini əlindən alıblar və özünü də adamların olmadığı yerdə maşından düşürərək gediblər. Hadisədən dərhal sonra zərərçəkmiş polisə müraciət edib.
Səhər saat 6-da əməliyyatçılar oğurlanmış avtomobili salamat şəkildə Yeni Yasamal qəsəbəsi ərazisində, Əkbərov küçəsində tapıblar. Şübhəli şəxslərin izinə düşmək və onları saxlamaq da mümkün olub.
Məlum olub ki, onlar 1990-cı il təvəllüdlü Qasımov Telman Elman oğlu və 1994-cü il təvəllüdlü Bayramlı Asif Natiq oğludur. O da məlum olub ki, bu, adıçəkilən şəxslərin elədiyi ilk quldurluq faktı deyil. Cütlük bu hadisədən bir gün əvvəl - dekabrın 15-də də Tələt Məmmədova basqın ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?