Ötən il Azərbaycanda doğulan körpələrin 1,5%-i və ya 1 742-si 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib.
GUNDEMXEBER.AZ açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilən uşaqların sayı azalıb.
Belə ki, 2022-ci ildə 15-17 yaşlı analar tərəfindən dünyaya 2 011 uşaq gətirilib.
Məlumat üçün bildirək ki, “Ailə Məcəlləsi”nin tələbinə görə Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub (Maddə 10). Azərbaycanda 15-17 yaş həm də məktəb yaşı hesab olunur və bu səbəbdən də 1 742 körpə həm də məktəbyaşlı qızlar tərəfindən dünyaya gətirilib.
Onu da bildirək ki, məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı son 14 ildə 2 dəfədən çox azalıb.
Son 14 ildə məktəbyaşlı analar tərəfindən doğulan körpələrin sayı belə olub:
Sorğu
Yeni dizaynımız necədir?