Gundemxeber.az » Ölkə » Kirminal » Şolts Moldovanın Aİ-yə daxil olmaq istəyini dəstəkləyib
Almaniya kansleri Olaf Şolts Moldova hakimiyyətinin Avropa İttifaqına (Aİ) daxil olmaq planlarını dəstəkləyib.
Bu barədə Şolts Moldovaya səfəri zamanı ölkə Prezidenti Maia Sandu ilə birgə mətbuat konfransında bildirib.
"Biz Moldova Respublikasını Avropa İttifaqına gedən yolda dəstəkləyirik. Bu qərarın qəbul edilməsi bizim üçün çox vacibdir və biz bunun mümkün olması üçün çox çalışdıq. Biz Avropa İttifaqının genişlənməsinə müsbət yanaşırıq. Hesab edirik ki, indi nəhayət ki, üzvlük proseslərini başa çatdırmaq lazımdır", - Şolts deyib.
Almaniya kansleri xatırladıb ki, Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə müəyyən meyarlara cavab verməlidir: "Almaniya Moldovanı bütün bu problemlərin həllində fəal dəstəkləyənlərdən biridir və bu yolla üzvlük prosesi sürətlə irəliləyir".
Gundemxeber.az
5-12-2019, 15:07
8-04-2022, 16:00
21-06-2024, 23:04
14-12-2023, 12:20
17-03-2022, 14:32
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?