GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqlayıb - TƏFƏRRÜAT

Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqlayıb - TƏFƏRRÜAT

Tarix: 14-10-2024, 15:48 Bölmə :Kirminal Baxış: 190

bitmap-img6

Bakıda məşhur şadlıq saraylarından olan "Monte Karlo”da müğənnini bıçaqlayan ofisiantlar cinayət məsuliyyətinə cəlb edilib.

Hadisə ötən ilin yayında şadlıq sarayında keçirilən toydan az sonra baş verib. Nizami Rayon Məhkəməsi bir neçə gün əvvəl hadisəni törətmiş şəxslərə hökm oxuyub.
Bildirilib ki, şadlıq sarayında aparıcı-müğənni kimi fəaliyyət göstərən Murad Musayev ilə oranın ofisiantları arasında mübahisə yaranıb. Belə ki, sərxoş olan ofisiantlardan birinin ayağı stolun süfrəsinə ilişib, nəticədə üzərindəki qablar yerə tökülərək sınıb. Musiqiçi yoldaşları ilə toydan sonra yemək yeyən Murad onlara yaxınlaşaraq irad bildirib və münaqişə baş verib. Bu zaman 3 ofisiant onu kənara çəkib və müğənniyə bıçaq xəsarətləri yetirilib.
Hadisədən sonra şadlıq sarayının Əli və Zaur Əkbərov qardaşları, eləcə də Ümid adlı ofisiantlarına Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq-bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iş açılıb.
Bıçaqlanan müğənni ifadəsində deyib: "2003-cü ildən toylarda aparıcı-müğənni kimi çalışıram. 2023-cü ilin aprelində Babək prospekti 22 ünvanında yerləşən "Monte Karlo” şadlıq sarayında işə başlamışam. Ötən ilin iyulun 14-ü saat 17 radələrində o toy ziyafətində iştirak etmək üçün "Monte Karlo”ya getdim. Həmin gün saat 23:58-də toyu yekunlaşdırdım və Aytac adlı xanım müğənni, həmçinin saz ifaçısı Hikmət və üç nəfər fotoqrafla birgə öz masamızda əyləşib yeməyə başladıq. Bu zaman üzbəüz stolda əyləşmiş üç ofisiantdan biri masanın üzərinə yumruq vuraraq onu çevirdi”.

Zərərçəkmiş bildirib ki, sözügedən ofisianta irad bildirmək üçün ona yaxınlaşıb: "Masadakı bütün əşyalar döşəməyə dağılmışdı. Ona dedim ki, "çörək qazandığınız yerdir, niyə belə hərəkət edirsiniz?” Məni tanıyan ofisiantlar yaxınlaşıb dedilər ki, "spirtli içki qəbul ediblər, sən qarışma”. Bundan sonra bir söz deməyib oradan uzaqlaşdım. İnzibatçı qonorarımızı verdikdən sonra zalı tərk etdim”.

Müğənni qeyd edib ki, gecə saat 1 radələrində şadlıq sarayının qarşısında taksiyə minərkən həmin ofisiantlar ona yaxınlaşaraq kənara çəkiblər və Əli adlı gənc onu bel nahiyəsindən 2 dəfə bıçaqlayıb. Həmçinin döyərək burnunu sındırıblar.
Hadisə ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Şöbəsinə müraciət edildikdən sonra araşdırma aparılıb. Bakını tərk edərək Masallıya gedən Əli və Zaur saxlanılıb. Eyni zamanda hadisənin iştirakçısı olmuş Ümid adlı digər ofisiant da cinayət məsuliyyətinə cəlb edilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə onlar qeyd edilən maddə üzrə təqsirli biliniblər. Əliyə 2 il 5 ay 26 gün, qardaşı Zaura 1 il 11 ay 28 gün, Ümidə isə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onların ayaqlarına elektron qolbaq taxılıb./"Qafqazinfo”



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının məşhur şadlıq sarayında toy yasa döndü

    Bakının məşhur şadlıq sarayında toy yasa döndü ...

    1-09-2015, 14:26

  • 
  • Bakıda şadlıq sarayında dava: administrator xəstəxanalıq oldu

    Bakıda şadlıq sarayında dava: administrator ...

    5-10-2015, 13:07

  • 
  • Bakıda toyda dava düşdü: xəsarət alan var

    Bakıda toyda dava düşdü: xəsarət alan var ...

    27-04-2017, 10:47

  • 
  • Şadlıq evinin qarşısında kütləvi dava olub

    Şadlıq evinin qarşısında kütləvi dava olub ...

    5-06-2013, 08:47

  • 
  • "Su Səsi" şadlıq sarayının 30 yaşlı "sahibi" 50 yaşlı qadını tora salmaq istədi - TƏFƏRRÜAT

    "Su Səsi" şadlıq sarayının 30 yaşlı ...

    5-09-2019, 15:03


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu