GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Zərərçəkən: Tibb məntəqəmiz, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ

Zərərçəkən: Tibb məntəqəmiz, həkimlərimiz artilleriya zərbələrinə məruz qalmışdı – VARDANYANIN MƏHKƏMƏSİ

Tarix: 8-04-2025, 22:54 Bölmə :Kirminal Baxış: 147


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 8-də davam etdirilib.

 Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.

Sonra təqsirləndirilən Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkili Avraam Berman məhkəməyə müraciət edərək məhkəmənin iclas protokolları ilə təkrarən tanış olmaq istədiklərini bildiriblər.

İclasa sədrlik edən Zeynal Ağayev onlara protokollarla tanış olmaq üçün yenidən şərait yaradılacağını deyib.

İclasda Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkən Vahid Əliyev təqsirləndirilən şəxslə tanışlığının olmadığını, R.Vardanyanı sosial şəbəkələr və media vasitəsilə tanıdığını bildirib. O, Ermənistan ordusunun hərbi təxribatı zamanı açılmış atəş nəticəsində yaralandığını, döyüş yoldaşlarının bir neçəsinin isə şəhid olduğunu və müxtəlif xəsarətlər aldıqlarını deyib.

Zərərçəkmiş Anar Cəlalov ifadəsində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı zamanı atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, hadisə zamanı hərbi hissənin qərargah rəisi olduğunu söyləyib və əlavə edib: “Qarşı tərəfdən top atəşləri açılırdı. Həmin vaxt xidmət yoldaşlarımdan xəsarət alanlar və şəhidlik zirvəsinə ucalanlar oldu”.

Bundan başqa, zərərçəkmiş Xocavənd istiqamətində atəşkəsin tez-tez pozulduğunu, qarşı tərəfin bütün atıcı silahlardan istifadə etdiyini bildirib.

İfadə verən zərərçəkmiş Emin Şahbazov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman Ağdamda yaralandığını bildirib.

Kəllə-beyin travması almış hərbçi hospitala aparıldığını, orada danışa bilmədiyini, istəklərini həkimlərə yazı vasitəsilə çatdırdığını deyib.

O, yaralanması hadisəsini belə danışıb: “Düşmənin iki postu var idi. Onlar hərbi təxribat törətmək istəyərkən biz bunun qarşısını aldıq. Sonra onların artilleriya hücumu başlandı. Nəticədə yaralandım. Müxtəlif hospitallarda müalicə olunmuşam. Müalicəm indi də davam edir”.

Zərərçəkmiş Hilal Həsənov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman Ağdərə istiqamətində düşmənin hərbi təxribatının qarşısını alarkən yaralandığını bildirib və deyib: “Düşmən hərbi təxribat törədərək əvvəlcə artilleriya atəşi açır, sonra canlı qüvvə ilə hücuma keçməyə cəhd edirdi, lakin bu təxribatın qarşısı alındı. Şəhidlərimiz, yaralılarımız oldu”.

Zərərçəkmiş Zamiq Həsrətov ifadəsində düşmən təxribatının qarşısını alarkən minaatandan atılan atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Elnur Həsənov dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ermənistan tərəfinin açdığı atəşlər nəticəsində dəfələrlə yaralandığını bildirib. O, 3 güllə yarası aldığını, bədənində olan qəlpələrdən 70-nin çıxarıldığını, 30-dan artıq qəlpənin hazırda bədənində olduğunu bildirib və deyib: “Hazırda xidmətdəyəm, xidmətimi davam etdirirəm”.

Zərərçəkmiş Fariz Manafov da ifadəsində təqsirləndirilən şəxsi sosial şəbəkələr vasitəsilə tanıdığını, yaralandığını bildirib. F.Manafov hadisə zamanı qarşı tərəfin iriçaplı silahlarla və artilleriya silahları ilə atəş açdığını vurğulayıb və deyib: “Xocavənd rayonunun Çartaz kəndi istiqamətində motoatıcı taqım komandiri vəzifəsində xidmət etmişəm. Düşmən tərəfinin təxribatları tez-tez olurdu. İriçaplı silahlardan, artilleriyadan istifadə edirdilər”.

O, hərbçi yoldaşlarından 14-nün yaralandığını, 2 əsgərin və 1 nəfər gizirin isə şəhid olduğunu deyib.

İfadə verən zərərçəkmiş şəxs, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tibb xidməti rəisi olmuş Aqşin Balakişiyev deyib: “Düşmən təxribatı nəticəsində arxa məntəqədə düşmən artilleriyasından açılan atəş nəticəsində yaralandım”.

O, çalışdığı səyyar tibb məntəqəsinin döyüş şəraitindən 5-10 kilometr arxada olduğunu, məntəqənin tibb məntəqəsi olmasını göstərən işarənin (qırmızı aypara şəkli) mövcudluğuna baxmayaraq atəşə tutulduğunu söyləyib: “Orada bütün həkimlərin və sanitarların qollarında qırmızı bayraq olur. Bizim tibb məntəqəmizlə yanaşı, həm sanitar maşınlarımız, həm sanitarlarımız, həm də həkimlərimiz düşmən təxribatı nəticəsində artilleriya zərbələrinə məruz qalmışdı. Yəni, beynəlxalq konvensiyanın tələbləri pozulub”.

Zərərçəkmiş Habil Quliyev ifadəsində yaralandığını bildirib. “Düşmən mütəmadi olaraq atəş açırdı”, - deyə o əlavə edib.

Zərərçəkmiş Fərhad Tağıyev Ağdamda yaralı hərbi qulluqçuları təxliyə etmək üçün sanitar avtomobillə gedərkən nəqliyyat vasitəsinin vurulduğunu bildirib və deyib: “Avtomobilin üç tərəfi qızıl aypara şəkli ilə işarələnib. Yəni, açıq-aydın bilinir ki, bu, yaralıları təxliyə edən maşındır. Maşınımız raketlə vuruldu. Nəticədə mən və maşında olan digər 4 hərbçi yoldaşım xəsarət aldı”.

Onunla birlikdə həmin sanitar nəqliyyatında olmuş digər zərərçəkmiş Fərid Zeynalov F.Tağıyevin ifadəsini təsdiqləyib. O, maşının idarəolunan raketlə vurulduğunu söyləyib.

Zərərçəkmiş Hicran Sultanov Ağdamda düşmən təxribatının qarşısını alarkən yaralandığını bildirib və deyib: “Qrup komandiri vəzifəsində olmuşam. Döyüş yoldaşlarımızı - yaralılarımızı və şəhidlərimizi təxliyə edərkən tibb maşınını vurmaq istəyirdilər. Tibb maşınını vurmaları alınmadı. Düzgün nişan ala bilməmişdilər, atıcı səhv etmişdi. Hər halda tank əleyhinə olan “Faqot”u iki nəfərə görə atmazdılar. Əsas mərmi bizdən 10-15 metr aralı düşdü. Bəxtimiz gətirdi ki, olduğumuz yer torpaq idi, boşluq idi. O qədər qəlpənin hamısı üstümüzə gəlmədi”.

Zərərçəkmiş Ruslan Heydərov Xocavənddə snayper tüfəngindən açılmış atəş nəticəsində sağ çiynindən yaralandığını bildirib.

Digər zərərçəkənlər - Nəbi Babayev, Vüqar Məmmədov, Emil Nəbiyev, Mahir Zeynalov, Sübhan Əlirzayev, Əfran Kamilov, Təbriz Əhmədov, Cavidan Talıblı, Niyaməddin Əsgərov, Həsən Qurbanov və başqaları ifadələrində qarşı tərəfin müxtəlif silahlardan onların mövqelərinə atəş açdığını bildirib, özlərinin müxtəlif xəsarətlər aldıqlarını deyiblər.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vardanyan və digərləri məhkəmədə - FOTOLAR

    Vardanyan və digərləri məhkəmədə - FOTOLAR ...

    17-01-2025, 22:09

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58

  • 
  • Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan 30 gün vaxt istədi

    Arayikgilin məhkəməsində yaşananlar - Vardanyan ...

    27-01-2025, 22:00

  • 
  • Məhkəmə AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib

    Məhkəmə AzTV sədrini öldürməyə cəhddə ...

    14-03-2018, 12:54

  • 
  • Abşeronda dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə daha bir cinayət işi açıldı

    Abşeronda dələduzluqda təqsirləndirilən bələdiyyə ...

    19-09-2017, 15:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu