GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Hakim tanınmış həkimə - Kamil Əhmədovun həyat yoldaşı pul olmadığına görə ölməlidir?

Hakim tanınmış həkimə - Kamil Əhmədovun həyat yoldaşı pul olmadığına görə ölməlidir?

Tarix: 28-04-2025, 21:38 Bölmə :Kirminal Baxış: 84


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.


İş üzrə 36 nəfər zərərçəkən var.

Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var.

Qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir.

Son prosesdə təqsirləndirilənlərin və zərərçəkənlərin vəsatəti əsasında əlavə şahid kimi dəvət olunmuş Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərova dindirilib.

O bildirib ki, 2012-ci ildən 2022-ci ilədək Mərkəzdə həkim kimi çalışıb. 2022-ci ildə qısa müddət Mərkəzin baş həkimi olub. Təqsirləndirilən şəxslərdən yalnız Aynur Bayramovanı tanıyır:

"Mərkəzə kuryer kimi gəlirdi. Türkiyədən gələn Akif hocaya əməliyyat üçün qeydiyyata aldığı xəstələrin siyahısını gətirirdi. 2022-ci ilin avqustunda bir xəstənin valideynindən eşitdim ki, Aynur Bayramovanın çalışdığı şirkətin vasitəsi ilə uşağı əməliyyata göndərmək istəyir. Dedim, onlara qətiyyən pul verməsin. Rəhbərliyimizə xəbər verdim, Aynur Bayramovanın Mərkəzə girişinin qarşısı alındı. Akif hoca professordur, 2009-cu ildən Fondun maddi dəstəyi ilə Türkiyədəki "Medical Park"a göndərilən xəstə uşaqları əməliyyat edir. İldə 3-4 dəfə Bakıya gəlir, Mərkəzdə həmin uşaqların müayinələrini aparır".

Keçmiş baş həkimin dediklərinə məhkəmə zalında əyləşmiş zərərçəkənlərdən birinin reaksiyası belə olub:

"O boyda xəstəxanada hansısa bir hoca oturub bu boyda işlər görüb, 36 xəstə uşağın valideynindən bu boyda pullar alınıb, siz isə deyirsiniz ki, heç nədən xəbərim olmayıb? Axı bunu görməmək mümkün deyildi".

Xuraman Hacıyeva bildirib ki, heç nədən xəbəri olmayıb.

Təqsirləndirilən Aynur Bayramova isə məhkəməyə keçmiş baş həkimin yalan danışdığını deyib:

"Necə yəni xəbərim yox idi. Bəs orda o boyda otaqda otururdum, xəstə uşaqlara şirkətin adından hədiyyələr paylayırdım, hansı ki, o uşaqlarla kənardan heç təmasa girmək olmazdı. Hər gün gəlib-gedirdim. Türkiyəyə göndərmək üçün bir uşağın qan nümunəsini də mənə vermisən...

Xuraman Cəfərova:

- Bəli, möhtərəm hakim, bir dəfə bu mənə zəng etdi, dedi ki, bir uşağın təcili qan analizi götürülməlidir, xahiş etdi ki, qan nümunəsini götürüm, verim mühafizəçiyə, gecə yoldaşı gəlib ondan götürsün. Mənsə dedim rəhbərliyə müraciət et, qoy mənə rəhbərlik tapşırsın. Rəhbərlik tapşırandan sonra qan nümunəsini götürüb mühafizəçiyə vermişdim".

Məhkəmə tərkibindəki hakim Şəlalə Həsənova Aynur Bayramovanın Mərkəzə sərbəst girişi məsələsinə daha ətraflı aydınlıq gətirilməsinə çalışıb:

"Gəlin, belə danışaq. İndi mən durub Mətkəzə getsəm, heç qapıdan içəri buraxmazlar. Tibbi qaydalara görə düz də edərlər. Bəs necə olur ki, Mərkəzlə heç bir əmək müqaviləsi olmayan, Mərkəzə aidiyyəti olmayan Aynur Bayramova əlini-qolunu sallayaraq o qapıdan istədiyi vaxt o başa gedib, bu başa gəlib, Mərkəzin xəstələrini əməliyyat etdirmək üçün adamlardan pul toplayıb, Mərkəzin xəstəsinin qan nümunəsini götüzdürür, buna görə xəstənin ailəsindən pul alır, əməliyyat adı ilə yenə pul alır, siz də deyirsiz heç nədən xəbərim olmayıb.

Xuraman Cəfərova:

- Xəbərim olmayıb. Bunlar məndən əvvəlki baş həkimlərin vaxtında olub. Mən Aynurun xəstələrin valideynlərinə pulun bir hissəsini ailə, bir hissəsini hansısa xeyriyyəçi təşkilat ödəmək şərtilə uşaqları əməliyyata göndərmək təklifini eşidəndə onun Mərkəzə girişini qadağan etmişəm".

Sonra məhkəmə əlavə şahid qismində Gömrük Hospitalının cərrahı Mircəlal Kazımovu dindirib.

O bildirib ki, çalışdığı hospitalın Nuridə Seyidovanın rəhbəri olduğu şirkətlə müqaviləsi olub:

"2 il əvvələdək qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi. Belə əməliyyatlar ya iş adamları, ya Fond, ya da ayrı-ayrı xeyriyyə təşkilatlarının hesabına həyata keçirilirdi. Xəstəxanamızın belə təşkilatlardan biri olan Nuridə xanımın təşkilatı ilə müqaviləsi vardı. Həmin təşkilatın göndərişi ilə xəstəxanada 5 xəstəyə qaraciyər köçürülüb, bir xəstənin isə müayinəsi aparılıb. Ancaq heç birinin pulu xəstəxanaya köçürülməyib".

Hakim Şəlalə Həsənova:

- Burada bir zərərçəkmiş var. Pul köçürülmədiyinə görə həyat yoldaşı dünyasını dəyişib. Mən sizdən hakim kimi yox, bir vətəndaş olaraq soruşuram. Nəyə görə zərərçəkmiş Kamil Əhmədovun həyat yoldaşı pul olmadığlna görə ölməlidir?

Mircəlal Kazımi:

- Bu sualın cavabı məndə deyil. Bu sualın cavabını özünüz də yaxşı bilirsiniz. Sizin dediyiniz qlobal məsələdir. Təkcə zərərçəkən Kamil Əhmədovun başına gələn məsələ deyil. Bayaq da dediyim kimi, o vaxt qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi, belə əməliyyatların keçirilməsinə ya Fond kömək göstərməli idi, ya da hansısa iş adamı, xeyriyyəçi.

Mənim anam təcili əməliyyat olundu, biz də eyni halla qarşılaşdıq. Təəssüf ki, Nuridə Seyidovanın təşkilatı üzərinə götürdüyü ödənişi etmədi, nəticədə Kamil Əhmədovun həyat yoldaşı həyatını itirdi. Bu isə mənə aid bir məsələ deyil. Mən cərraham. Sadəcə, xəstənin adamları məndən soruşublar ki, pulu hardan tapa bilərik, mən də həmin təşkilatı xeyriyyəçi kimi tanıdığım üçün demişəm ki, gedin onlara müraciət edin".

Hakim Azad Məcidov bildirib ki, Mircəlal Kazımi ilə bağlı Baş Prokurorluğa qərar göndərəcək, araşdırma aparılsın.

Hakim deyib ki, Gömrük Hospitalı Nuridə Seyidovanın rəhbəri olduğu "Urmedhelp" MMC-yə qarşı 245 min manatlıq iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib.

Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Talassemiya işi" ilə bağlı məhkəmədə tanınmış həkim Mircəlal Kazımı ifadə verib

    "Talassemiya işi" ilə bağlı məhkəmədə ...

    23-04-2025, 21:25

  • 
  • “Talassemiya Mərkəzində ayrıca otaq ayrılmışdı“ - Xəstə uşaqlara yığılan pulu mənimsəyənlərin məhkəməsi

    “Talassemiya Mərkəzində ayrıca otaq ayrılmışdı“ - ...

    2-10-2024, 23:22

  • 
  • Adı 1 milyonluq dələduzluq işində keçən Mircəlal Kazımidən AÇIQLAMA

    Adı 1 milyonluq dələduzluq işində keçən Mircəlal ...

    17-01-2025, 23:42

  • 
  • 1 milyon qanpulu davası – İşə adı qarışan “böyük adamlar” kimlərdir?

    1 milyon qanpulu davası – İşə adı qarışan “böyük ...

    18-12-2024, 11:39

  • 
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (325)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu