Hazırda müflis vəziyyətdə olan və 1,5 milyard dollara yaxın borcu yaranan azərbaycanlı oliqarx Telman İsmayılov azı 8 sifarişli qətldə şübhəli hesab edilir. Rusiya mətbuatının yazdığına görə, T.İsmayılov 2000-2016-cı illər ərzində törədilmiş sifarişli qətllər üzrə aparılan istintaqda fiqurantdır. İstintaqa Telman İsmayılovun əleyhinə ifadəni İsmayılovlar ailəsinə mənsub olan Harri Belotserkovski verib. Bildirib ki, Telman İsmayılov və qardaşı Rafiq İsmayılov dəfələrlə onun yanında “Koptevsk” cinayətkar qruplaşmasının lideri Andrey Lobanovun öldürülməsi planını müzakirə ediblər. Göstərilən dövr ərzində bu qruplaşmanın çoxsaylı üzvləri öldürülüb, onların nəzarətindəki ticarət obyektləri və bazarlar İsmayılovlar klanının nəzarətinə keçib.
Mordoviya muxtar respublikasının xalq şairi Petenka Rukastıy Telman İsmayılovun çoxsaylı sifarişli qətllərdə ittiham olunmasına şeir həsr edib. Şeir “Qanlı sərvət haqqında” adlanır.
gundemxeber.az həmin şeiri virtualaz.org-a istinadən təqdim edir.
Hardandır səndə bu “oduncuqlar”, mosye İsmayılov?
Qorxunc deyilmi, jileti qanla doldurmaq?
Gecələr yuxuna təzə qəbirlər girmir?
Türkiyədəki oteldə skeletlər dolaşmır?
Susur. Yoxa çıxıb.
Kupyurları sayır,
Pis tüpürcəyi qızılın üstünə axır...
Cəhənnəmdə artıq prosedurları yazıblar,
Onunla görüşə Şeytan özü hazırlaşır.
Sağlığında burjuyun xirtəyindən yapışacaqlarmı?
Sual maraqlıdır, şans böyük deyil.
Ölkəni talayıblar və heç kimin tükü tərpənmir,
Hətta xalq zorakılığa vərdiş edib.
Varlı boşboğaz jurnalisti deşir,
Və yumruqla sifətini dağıdır,
Polis utancaqcasına gözlərini yana çevirir,
Boşboğaz axı sayılıb-seçiləndir, atasına görə dantistdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?