CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 51,01 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,29 dollar/barel azdır.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 31-də 50,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,28 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 31-də 47,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 31-də 49,26 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?