“Şou proqramlar televiziya yaradıcılığında əsas janrlardandır. Bu səpkidə verilişlərin kütləviliyi normaldır, xüsusilə özəl kanallarda. Lakin əlbəttə ki, şou verilişlərin səviyyəsinin aşağı olması bizi də narahat edən məsələdir”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
T.Dadaşov vurğulayıb ki, bu məsələ yaradıcılıq işidir: “Əgər bir kanal səviyyəsi aşağı olan şou veriliş yayımlayırsa, öz imicinə xələl gətirmiş olur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə həm bu şou verilişlərdə, həm də digər verilişlərdə qanunvericiliyin, milli-mənəvi dəyərlərin tələblərinin pozulmasının qarşısını almaqdır”.
Onun sözlərinə görə, MTRŞ hər hansı şou verilişin səviyyəsinə qarışa bilməz: “Bu, kanalın yaradıcılıq işdir. Əgər belə bir səlahiyyətimiz olsaydı, milli efirimizdə xeyli şou veriliş tərəfimizdən bağlanardı”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?