Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib. O, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb. Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.
Rus dilində yazılan şeiri L.Əliyeva “Zəhra haqda xatirə” adlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib – “Səni niyə öldürdülər?”, “2 yaşında sənin günahın nədir?”, “Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?”, “Bizim evimizə bu boyda kədəri kim saldı?”.
Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır”.
Həmin şeiri təqdim edirik:
Память о Захре…
За что тебя, скажи, убили? В 2 года! В чем твоя вина? И унесут навек в могиле Ту, кто недавно рождена! Возможно, ты любила горы, По травке бегала босой… Кто стер с земли моей узоры, Окутав сердце в дикий зной? Скажи, купалась ли ты в море И видела ль летящих птиц? Кто внес к нам в дом такое горе И слез несчитанных страниц?!_
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?