Sovet estradasının ulduzu, Rusiyanın xalq artisti Tamara Miansarova vəfat edib.
Gündəm Xəbər axşam.az-a istinadən bildirir ki, əfsanəvi "Qara pişik" ("Чёрный кот"), "Letka-yenka" ("Летка-енка") və "Qoy həmişə günəş olsun" ("Пусть всегда будет солнце") kimi mahnıların ifaçısı 86 yaşında vəfat edib.
Dörd dəfə ərdə olan xalq artisti Moskvada yerləşən xəstəxanalardan birində dünyasını dəyişib. O, bir neçə il əvvəl keçirdiyi bud sümüyü əməliyyatından sonra yataq xəstəsi idi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?