Əliyev Cəbrayıl İsgəndər oğlu 01 iyul 1936-cı ildə Bərdə şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra ilk təhsilini Stalin adına Ağdam Pedaqoji Texnikumda, az sonra V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun (bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin) fizika-riyaziyyat fakültəsində, bir neçə ildən sonra isə, S.M.Kirov adına Universitetin (bugünkü Bakı Dövlət Universitetinin) filologiya fakültəsində başa vurur. Cəbrayıl müəllim ali təhsilli mütəxəssis olaraq, bu günə kimi 50 il pedoqoji sahədə fəaliyyət göstərmişdir. Eyni zamanda o, təsis etdiyi “Məktəb” ədəbi-bədii, ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru olaraq, bu gün də peşəkar jurnalist fəaliyyəti ilə məşğul olmaqdadır. Yaradıcılığında daha çox məmur özbaşınalığını tənqid edən, haqqın-ədalətin bərpası naminə yorulmadan çalışan bu şəxs, həmçinin poeziya aləminə vurğun olması ilə də xüsusi ad çıxarıb. Odur ki, son günlər onun qələmə aldığı bir neçə şeir parçalarını çoxsaylı oxucularımızın diqqətinə çatdırmağı, sanki özümüz üçün bir borc bildik.
Altıncı sinifdə qaynadım, coşdum,
Şairə, Vətənə şeirlər qoşdum.
Ən ülvi sözlərim anaya oldu,
Bu sözlər o vaxtdan yadigar qaldı:
Bu dünya anasız nəyə gərəkdir,
Dünya-candır, ana-ona ürəkdir.
Ana var-həyat var, ana-həyatdır.
Analar, doğurdan, bir kainatdır.
Ana-əbədi həyat
Odur edən könlü şad.
Ana-müqəddəs bir ad,
Ana -geniş kainat.
Südü körpəyə dərman,
Canım anaya qurban.
O, Günəşdir, biz işığı
Vəsfə gəlməz yaraşığı.
Ana-şəhərimizdir,
Aydın səhərimizdir.
Ana-dünyann tacı,
Ana -könül möhtacı
Ana-ən nadir çiçək,
Ana-gözəldən göyçək.
Sözüm mətbuatda dərc olunandan,
Düşündüm mənimdir bu Azərbaycan.
Orta məktəblərdə oxuyan zaman,
Savadlı olmağa can atdım hər an.
Çalışdım həmişə böyükdən yazam,
Söz çaları olsun, yüz yerə yozam.
Bir gün də direktor işləməmişəm,
Bircə haram tikə dişləməmişəm.
Canımı, qanımı verdim gənclərə,
Ömrü keçirmədim əsla boş yerə.
Əlli il işlədim məktəbdə tamam,
Hamı söylədi ki: - İmamdr, imam.
Çoxlarının orda oldum ustadı,
Düşmədi dillərdən Cəbrayıl adı.
Ziyalı qələmin aldım əlimə,
Ondan sonra xidmət etdim elimə.
Diplomlarım vardır, başım ucadır,
Siz deməyin mənə adi qocadır.
Filoloqam, alim dərs demiş mənə,
Çox-çox şair sözün yığdım sinəmə.
Doymadım şeirdən, doymuram yenə,
Ey fəxrim, vüqarım, əziz insanlar!
Şeyx Əli nəslindən yadigaram mən,
İran, Turan üçün daim varam mən.
Qəzəlşah Cəbrayl yazdı hesabat,
Yaşadacaq onu daima həyat.
Nə qədər bəşər var, Cəbrayıl vardır,
Doğrudan, böyük bir sənətkardır.
Cəbrayıl dayanmır, daim yaradır,
Yatan zehinləri tamam oyadır.
Buyurun dinləyin indi siz onu,
Vətənin məhsuldar şair oğlunu:
İlham pərisidir qolum, qanadım,
Coşur dərya kimi arzum, muradım,
Əngin üfüqlərdə yazılmış adım,
Sahili görünməz bir ümmanam mən.
Yüz min şeirim var, hamsı inci,
İncilər artırar daim sevinci.
Qəzəllər yazmışam Hafiz sayağı,
Deyildir onların biri bayağı.
İyirmi beş mindir onların sayı,
Deyin, Cəbrayılın varmıdır tayı?
30 poemam var, 40 da dramım,
Sənətkar olmaqdır mənim məramım.
50 povestim var, ləldir, gövhərdir,
Onlar həyatımda aydın səhərdir.
Beş yüz hekayəm var, təzədi,
Bunlar sənətimi xeyli bəzədi.
Nağıllar yazmışam 200 olar,
Vallah nağıllarda min bir hikmət var.
Romanlarım vardr - hamısı övlad,
Onalarla olmişam bu dünyada şad.
10.000 səhifəlik epopeyam var,
Belə bir əsəri yaradan yaşar.
Heydər Əliyevə həsr etdim bunu,
Mütləq, oxunacaq illər uzunu.
Çoxlu əsərlərim vardır Heydərdən,
Odur ki, xöşbəxtin xoşbəxtiyəm mən.
İlhamdan da böyük poema yazdım,
Şairtək sözləri min yerə yozdum:
Vətən oğlu kimi tanıtdım elə.
Vallah, bu əsərim düşəcək dilə.
Çoxlu məqaləm var jurnalist kimi,
Onlarla olmuşam qəlbin hakimi.
Sözüm tükənməyib yazacam hələ,
Gərəkdir atımı sürəm mənzilə.
Mənzil uzaqdadır - ömrün sonunda,
Roman yazmalıyam, mütləq, onun da.
Ömür vəfa etsə nur saçmalıyam,
Sənət qapısını mən açmalıyam.
Nizami, Füzuli övladıyam mən,
İlhamı almışam şair Səməddən,
İlham pərisiylə çıxacam yola,
Söyləyin: Cəbrayıl uğurlar ola!
Möcüzə yaratsam sənətdə əgər,
Gecəli-gündüzlü zəhmətə dəyər.
Yeni əsərləri yaratmaq üçün
Qələm götürərəm hər saat, hər gün.
Mənə elə gəlir çox az yazmışam,
Düşmənimə qəbir dayaz qazmışam.
Başda oturanda savadsız adam,
Onu qamçılayım mən gərək müdam.
Deməli, mövzular hələ də çoxdur,
Əsərim cahilə iti bir oxdur.
Mən sənət yolunda ucalmalıyam,
Şeir, sənət deyib qocalmalıyam.
Əlçatmaz zirvədə olacağam mən,
Məni görərsiniz bax, o zirvədən.
Bu qısa hesbatdan sonra 5 şeir və 6 qəzəli də verməyi məqsədyönlü hesab edirəm:
1. MEŞŞAN QIZ
Bər-bəzək geyindi dərsə gələndə,
Qızlıq görkəmini itirdi gəldi.
Meşşan həyatını qoymadı evdə,
Onu da özüylə götürdü gəldi.
Vaxtını çox aldı bəzək-düzəklər,
Dərslərə gecikdi o, hər gün səhər.
Sinfə nə kitab, nə də ki, dəftər,
Bir ayna, bir daraq gətirdi gəldi.
Bir də ayıldı ki, çatıb imtahan,
Dəli insan kimi qopardı fəğan.
Cumdu telefona dedi: - Papacan!
Atası vədələr yetirdi gəldi.
Ata müəllimə endirərək baş,
Sənə bir yaxşılıq eləyəydim kaş, –
Deyərək süzdürdü qızı kimi qaş,
Hər sözdə bir məna ötürdü gəldi.
Müəllim söylədi: Hörmətli yoldaş,
Pis yola çəkirsən bizi vətəndaş!..
Deyən xarab olub gəzdirdiyin baş,
Ata lap özünü itirdi gəldi.
2. QARABAĞ
Sənin bərəkətin çöllərindədir,
Ülvi gözəlliyin güllərindədir.
Ətrin sərin əsən yellərindədir,
Qarabağ - şən diyar, ey gülşən diyar!
Gülürsən günəşin şəfəqlərində,
Min bir rəng alınır üfüqlərində.
Şeirin könül adlı vərəqlərində,
Qarabağ - şən diyar, ey gülşən diyar!
3. ALİMLƏ CAHİLİN
SÖHBƏTİ
Alim şeiriyyətdən çox söhbət açdı,
Bu yolda gecələr yuxusu qaçdı,
Çoxlarına bilik verdi kamalı...
Onun bu dünyada dövləti, malı
Dərin zəkasıydı, düşüncəsiydi.
Bir gün bir cahillə üz-üzə gəldi.
Söhbətə başladı alim bir qədər,
Bu zaman cahildə çoxaldı kədər.
Nə üçün? Səbəbin deyim açıqca:
Alim şeiriyyətdən söhbət açdıqca
Cahil laqeydcə baxırdı ona,
Elə ki, xoş söhbət yetişdi sona
Cahil sual etdi: - Şeiriyyət nədir?
Alim cavab verdi: - Bir xəzinədri.
- Xəzinəyə qzıl, gümüş yığarlar,
Şeiriyyətdə məgər qızıl, gümüş var?
Şeiriyyət nə qızıl, nə gümüş deyil.
- Qızıldan da qiymətlidir onu bil.
- Dilavərlik etmək necə, yaxşıdır?
- Dilavərlik natiq insan naxışıdır.
- Filosof olmağa varmı həvəsin?
- Mənalı yaşamaq, məna yaratmaq,
Məncə, hər insanın məsləki olmuş,
Heç zaman mənasız uçmur deyrlər
Yuvasından qanad açan ana quş.
İlham da quş kimi qanad açmalı,
Şeirin göylərini dolanmalıdır.
Cahillikdən bütün insan qaçmalı,
Şair tək həyatdan zövq almalıdır.
- Nə zövq almaq, həyat var ki, zövq ola?
- Dediklərin zəncir olar hər qola.
Əgər yaradırsan yaşayacaqsan,
Bəli, çox yaşamaq deyildir asan.
- İndi yatmayım ki, gecə-gündüz mən
Öləndən sonra diriləcəm yenidən?
Pəh! Pəh! Pəh! Bir buna, yaşamağa bax!
Elə mənə de ki, axmaqsan. Axmaq!
Mənə yaxşı yemək, yaxşı paltar ver,
Öləndə başımı zibillikdə gör.
Həyatın mənası, məncə, belədi,
O baş ki, var, məncə, quru kəllədir.
Həyatı yeməkdə, geyməkdə görən.
Sənin o ağlına de, nə deyim mən?
Heyvanı yedirib yaxşı bəzəsək,
Sonra da biz ona ağıllı desək,
Düşün, düşün danış, de, düzmü olar?
- Bu ki, çox asandr, burada nə var?
Elə isə ... daha bəsdir danışıqş
Kor gözlərin hələ görməyib işıq.
4. PEŞMAN QIZ
Gözəl idin əzəl düzü,
Baxışların köz kimiydi.
Duymazdın sən eşqi, sözü,
Çünki qəlbin buz kimiydi.
Vurularaq camalına
Sevdi səni bir tələbə.
Sən çəpəki baxıb ona,
Dinləmədin nə səbəbə?
Dodaq büzüb dedin: - Mənə
Qalmşmı hər yoldan ötən?
Baxıb sadə geyiminə
Hələ ona güldün də sən.
Bir gün tapdın gəzən zaman
Zəngin, varlı, bir oğlanı,
Neyləyirdin xəzinədə
Yuva salmış bir ilanı?
Bəli! Onun hamısını
Sevdi lovğa təbiətin,
Sevdin onun papasının,
Mamasının var-dövlətin.
Gəlin getdin, elə bildin
Xoş keçəcək günün sənin,
Ərin çox vaxt gecə gəldi:
Hamı bildi necə gəldi.
Bir gün yenə sərxoş olub
Var gücüylə döydü səni.
Evinizə yola salıb
Arxancada söydü səni.
Sevmədiyin bir şairdir.
Yayılıbdır şöhrəti də,
Sənə qarşı buz kimidir
Məhəbbəti, nifrəti də.
Eşit qəlbim söyləyəni:
Gileylənmə heç vaxt əbəs.
“Öz-özünə eyləyəni
El yığılsa edə bilməz”.
5. DEDİ
Şuşada bir gözəl çıxdı qarşıma,
Bu xoruzu kəsib sonra get, - dedi.
Dedim: - Ay gözəl qız, qatma başımı,
Kəsə-kəsə mənlə söhbət et, - dedi.
Birdən məni şeir havası vurdu,
İlham pərisinin davası vurdu.
Təbim pərvazlanıb məni uçurdu...
Oğlan, söz qoşmağı sənət et, - dedi.
Dedim: - Sənətkaram, Şuşa maralı,
Bu şairin sənsiz gəlməz qərarı.
Cəbrayılam, hər vaxt tut məndən halı,
- Bax belə, yaxşı yol. İndi get, - dedi.
1.
Nizamini bilən hikmət tapacaq,
Səmədi oxuyan qüvvət tapacaq.
Xalqımın işinə yarayan insan,
İnanın, a dostlar, hörmət tapacaq.
Elinə xor baxr bəzi nadanlar,
Bax, həmin nadanlar zillət tapacaq.
Vicdanlı olarsa övladlarımız,
Şübhəsizdir, o vaxt qeyrət tapacaq.
Kim ki, quyu qazdı özgələrinə,
Bilin ki, onu da nifrət tapacaq.
Cəbrayıl, bu eldir yaşadan səni,
Bu el qələminlə şöhrət tapacaq.
2.
Yeni qəzəl yazacağam ismətindən, gözəlim,
Məlumdur ki, çox yazılıb qismətindən, gözəlim.
İnsan kimi qəlbimizdə yeri vardır onların,
Verəcəyəm mən bir az da rəğbətindən, gözəlim.
Hamı ilə bir yerdədir, onlar mələk deyildir,
Yazmalıyam səhər-axşam ülfətindən, gözəlim.
Bəziləri igidlikdə ad çıxarıb, bilirik,
Tez-tez yaza gərək şair qüdrətindən, gözəlim.
Düşmənlərə baş əymədi qızlarımız davada,
İndi gərək vəsf eyləyim cürətindən, gözəlim.
Tomris ana haqqındakı dastanları bilirik,
Lazmıdr ki, xeyli yazam şöhrətindən, gözəlim.
A Cəbrayıl, qoçaq olub indi bütün gözəllər,
Bir dəfə də söz açacam zəhmətindən, gözəlim.
3.
Mənim xalqım, mən əzəldən qeyrətinə vurğunam
Sənin dağın, düzün vardır, qismətinə vurğunam.
Göy Xəzərin ayna tutur Azərbaycan elinə,
Qız, gəlində həya vardr, ismətinə vurğunam.
Dara düşdün əyilmədin düşmənlərin sarsıldı.
Ən vüqarlı bir diyarsan şöhrətinə vurğunam.
Ac da qaldın, su tapmadın, qardan yeyib dolandın,
O əzminə, dözümünə, zillətinə vurğunam.
Dağlı düşdü aranlara, bağrı bişdi onların,
Yerlilər də qəbul etdi, qüdrətinə vurğunam.
Vaxtı ilə aran dağa dağ arana köçərdi,
Xalqımızın zəkasına, diqqətinə vurğunam.
Cənub bizdən, biz Cənubdan aralıyıq, aralı,
Düşünür hey, yazırıq hey, həsrətinə vurğunam.
“Azərbaycan yatmış sirdir oyanacaq bir zaman”,
A Cəbrayıl, bu qəhrəman millətinə vurğunam.
4.
İlham kimi mənim rəhbərim vardır,
Ona görə hər vaxt hünərim vardır.
Onun köməyilə zəfər çalıram,
Mərd İham haqqında gövhərim vardır.
Çalışıram eli abad görəm mən,
Vətən oğlu kimi səmərim vardır,
Hamını çörəkli gördüm sevindim.
Axı mənim kimə zərərim vardr.
Yaşasın xalqımız, onun oğluyam,
El-obada mənim öz yerim vardır.
Heç kim deyə bilməz: -Nə yaratmısan?
“İlham” adlı ölməz əsərim vardr.
Cəbrayıl, torpaqdan gövhər alırlar,
Xalqımın Fərhaddam tüsəri vardır.
5.
Olub xalqın əziz sözü Mehriban,
Xalqmızın görən gözü Mehriban.
Sevindirir eli əməlləriylə,
Hər yerdə ucaldır bizi Mehriban.
Məktəblər tikdirir saysız-hesabsız,
Bəli, çoxdan keçib yüzü Mehriban.
Mehribanlıq rəmzi olub bu qadın,
Adı Mehribandır, özü Mehriban.
Açdığı hər cığır geniş yol olur,
Tapdı müğamatda izi Mehriban.
Babası Mir Cəlal alim olubdur,
Özü olub Vətən qzı Mehriban.
Cəbrayıl, hər yeri abad edəcək,
Cənnət edər, çölü, düzü Mehriban.
6.
Mən Bəxtiyar kimi sənətkar gördüm,
Heydər Əliyevtək hökmdar gördüm.
Bizim musiqimiz olmaz dünyada,
Üzeyir bəy kimi bəstəkar gördüm.
Həyata mən açıq gözlə baxmışam,
Yaxşılı-yamanlı hər nə var gördüm.
Nizaminin sözün çox oxumuşam,
Ondan Səməd kimi yadigar gördüm.
İlham Vətənimi çiçəkləndirir.
İlhamı ən gözəl bir memar gördüm.
Deyirlər dostlara məhəbbəti var.
Var olsun, mən onda düz ilqar gördüm.
Xalqın qayğısına qalır həmişə,
Mən onu bu xalqa cəfakar gördüm.
Cəbrayıl, bu xalqın istəkli oğlun
Daima bu xalqa vəfadar gördüm.
Göründüyü kimi. Zəngin yaradıcılığım var. Yaradıclığın bir qismini “Məktəb”də verməklə oxucularımla daim əlaqə saxlayacağam. Bir şeirimdə deyirəm:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?