Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələr növbəti dəfə etiraz aksiyası keçirirlər.
Bu barədə xəbəri Qaynar.info saytına universitetdə oxuyan tələbələrdən biri verib.
Tələbənin sözlərinə görə, rektor bir neçə gün bundan qabaq verdiyi sözün üstündə durmur: "Bir neçə gün bundan qabaq biz universitetin həyətində etiraz edəndə rektor Yusif Məmmədov bizim qarşımıza çıxaraq yaranmış problemi həll edəcəyi ilə bağlı söz verdi. Amma bu gün qrup nümayəndələri və dekan vasitəsi ilə bizə çatdırıb ki, testlə imtahan olmayacaq. Və kim buna qarşı çıxsa, ağır cəzalanacaq".
Biz də buna etiraz edirik. Yəqin indilərdə böyük bir etiraz aksiyası edəcəyik.
Xatırladaq ki, oktyabrın 21-də yüzlərlə tələbə testlə imtahanın ləğv edilməsinə görə etiraz aksiyası keçirmişdi.
"Yeni Müsavat"a verilən məlumata görə isə bu dəqiqələrdə tələbələrlə universitet rəhbərliyinin görüşü keçirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?