Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib.
İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin verdiyi məlumata görə yaşı 35-ə qədər olan bütün şəxslər ssenari müsabiqəsində iştirak edə bilər. Şərtlərə görə hər bir müəllif 3 ssenaridən artıq təqdim edə bilməz.
Qalib ssenarilərə 1- ci yer üçün 1500 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat məbləğində pul və diplomlar təqdim olunacaq.
Ssenari müsabiqəsinin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.
Ssenarilər 31 Oktyabr 2017-ci ilə qədər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.
Müsabiqə haqda şərtlər və qaydalarla İttifaqın saytından (Arki.az) daha geniş məlumat almaq olar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?