GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İcra başçısı müavininin layihəsində skandal

İcra başçısı müavininin layihəsində skandal

Tarix: 26-12-2013, 00:38 Bölmə :Ölkə Baxış: 668
İcra başçısı müavininin layihəsində skandal
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “24 kadr” adlı film festivalı keçirilib. Layihənin rəhbəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva olub.

Layihəni Cəmil Hüseynova təhvil verdim

Festivalla bağlı “Axar.az”a bir neçə iştirakçı şikayət edərək narazılığını bildirib. Əsas narazılıqlardan biri “ən yaxşılara” pul mükafatı vəd olunsa da, verilməməsi idi. Biz də bu şikayətlərlə bağlı Aygün xanımla əlaqə saxladıq. Aygün xanım bildirdi ki, o, layihəni qazansa da, həyata keçirməyib:

“Mən o layihəni fevral ayında udmuşam, daha sonra mənə bir dövlət işi tapşırıldı və layihəni Cəmil Hüseynova təhvil verdim. Layihə ilə bağlı nə sualınız varsa, ona ünvanlayın. Çünki mənim orda heç bir şeydən xəbərim yoxdur. Mən layihənin heç bir işi ilə maraqlanmamışam və məşğul ola bilməmişəm”.

Sonra büdcə imkan vermədiyinə görə...

Cəmil Hüseynovla əlaqə saxladıq. Cəmil Hüseynov bildirdi ki, layihə lap əvvəl, hələ hazırlanan vaxtda bu məbləğ nəzərdə tutulmuşdu:

“Layihə hələ işlənən vaxtda belə bir məbləğ nəzərdə tutulmuşdu, amma daha sonra büdcə imkan vermədiyinə görə ləğv olundu. Əsasnamədə də göstərmişik ki, təkcə 1-ci, 2-ci, 3-cü yerlərə mükafat veriləcək. Mən layihə rəhbəri deyiləm, sadəcə olaraq, köməkçiyəm. Aygün xanımla danışdım, deyir ki, mən özüm ümumiyyətlə mətbuata açıqlama verməmişəm”.

Cəmil bəy təqdim olunan filmlərin hamısına baxılmadığı barədəki narazılığa da aydınlıq gətirdi: “Festivala 34 film iştirakçı kimi təqdim olunub. Birinci mərhələdə kinoşünas Tünzalə Babayeva filmlərə baxış keçirib. Filmlərdən 15-i baxışdan keçib və jürinin ixtiyarına verilib. Təqdimatın əvvəlində təqdim olunan çarxda istifadə olunan kadrlar da o 15 filmdən idi”.

Belə ümumiləşdirmə olmaz

Festivalın jürilərindən biri olan yazar, ssenarist İlqar Fəhmiylə əlaqə saxladıq. İlqar Fəhmi təqdimatda iştirak edə bilməməsinə aydınlıq gətirdi:

“Uşaqlar əziyyət çəkib ortaya yaxşı işlər qoymuşdular. Mən, sadəcə, vaxt qıtlığından təqdimatda iştirak edə bilmədim. Heç bir narazılığım yoxdu, sadəcə, sistemi düz qurmamışdılar. Təşkilatçıların özlərinə də dedim. Ümumiyyətlə, 1-ci, 2-ci yer düzgün deyil, ən yaxşı ssenariyə görə, ən yaxşı aktyorluq işinə görə 1-ci, 2-ci, 3-cü yer təşkil etmək olardı. Elə filmlər vardı ki, ssenari maraqlı idi, aktyor-rejissor işi maraqlı idi, ya da əksinə, aktyor-rejissor işi güclüydü, lakin ssenari çox zəif. Təşkilati işlərdə bir az təcrübə lazımdı, belə ümumiləşdirmə olmaz.

İki yerin səssiz filmlərlə verilməsi ilə bağlı deyə bilərəm ki, ssenari baxımdan daha çox xoşuma gəldi, siqaret əleyhinə olan film xüsusilə, fərqli, maraqlı yanaşmaydı, standartdan kənar idi, ona görə mən onu dəyərləndirdim. Mənə 15 film gəlmişdi, , düzü, o birilərindən xəbərim yoxdu”.

Bu, hansısa peşəkar film festivalı deyil

Gənc Kinematoqrafçılar Mərkəzinin sədri, ssenarist Fehruz Şəmiyevsə festival barədə bunları bildirdi: “Nə qədər film təqdim qəbul olunub-olunmayıb, buna təşkilatçılar nəzarət edirdi. Bizə jüri olaraq 15 film təqdim olunub. 15 filmin içərisində 1-ci, 2-ci, 3-cü yerlər idi, “aktyor işi, “operator işi” və “ən yaxşı ssenari” nominasiyaları var idi orda.

Bu, gənclərin film festivalı idi, burada filmlərin səssiz olub-olmaması o qədər də önəmli deyil. Bu, hansısa peşəkar film festivalı deyil, elə gənclərin təşkil etdiyi layihə idi. Burada kino şirkətlərində çəkilmiş filmlər yox, fərdi şəkildə hazırlanmış filmlər iştirak edirdi. Ona görə burada hər hansı bir dialoqun, səsin yaxşı olub-olmaması o qədər də önəmli deyil, burada əsas məsələ filmin kinematoqrafik həllinin olub-olmaması məsələsiydi. Bu meyarlar əsas götürülüb və filmlər də bu meyarlara əsasən seçilib. Ancaq rejissorun özünün bədii yanaşması, əsas məsələ kinoda budur və əsas istiqamətlər də bu götürülüb”.

Qeyd edək ki, “ən yaxşı ssenari”, “ən yaxşı aktyor” və “ən yaxşı operator” işinə görə qaliblərə 100 manat müqabilində pul mükafatının verilməsi məsələsi başqa saytlarda xəbər verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bu layihəni Milli Məclisə mən təqdim etmişəm"

    "Bu layihəni Milli Məclisə mən təqdim ...

    20-05-2013, 22:31

  • 
  • İcra başçısının 25 yaşlı yeni müavini danışdı- Yenilənib

    İcra başçısının 25 yaşlı yeni müavini danışdı- ...

    5-12-2013, 17:32

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Əli İnsanov Cəmil Həsənliyə səs verib

    Əli İnsanov Cəmil Həsənliyə səs verib ...

    10-10-2013, 16:42

  • 
  • Aygün Kazımova: “İlhamə Quliyeva kimdir ki, mənə qadağa qoysun?”

    Aygün Kazımova: “İlhamə Quliyeva kimdir ki, mənə ...

    18-02-2016, 23:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (171)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu