Milli Məclis Internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı yeni cəza müəyyən edir.
Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib və deyib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə görə, fiziki şəxslər 500 manatdan 1000 manata, vəzifəli şəxslər 1000 manatdan 1500 manata, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcək. Bu cərimələrin eyni qaydada Internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq olunacaq. Təklif olunan maddənin "qeyd" hissəsində deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur. Bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Televiziya və radio yayımı haqqında" qanunlara da oxşar düzəlişlər edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?