Sankt-Peterburqda azərbaycanlı yaralı şəhərin Təcili Tibbi Yardım üzrə Elmi Tədqiqat İnstitutunun binası qarşısına çatdırılıb və maşından düşürülüb. Zərərçəkən hər şeyə görə buzlu yolu və armaturu günahlandırır.
Yanvarın 27-də gecə saatlarında şahidlərin markasını dəqiq xatırlaya bilmədiyi avtomobil təcili tibbi yardım institutunun pandusuna yaxınlaşıb.
35-yaşlı azərbaycanlı, salondan endirildikdən sonra avtomobil ərazini tərk edib.
Tibb işçiləri zərərçəkəni bud nayihəsində kəsici yaralar, orqanların zədələnməsi diaqnozu ilə reanimasiyaya aparıblar. Pasiyent ağır vəziyyətdə olmasına baxmayaraq, hər şeydə piyada yolunun buzlu olmasını günahlandırıb. Zərərçəkənin sözlərinə görə, Oktyabr sahilyanı küçəsində ayağı sürüşərək, açıqda qalan armaturun üzərinə yıxılıb.
Polis müstəntiqləri isə bu versiyaya şübhə ilə yanaşır. Belə ki, ötən həftəsonu şəhərdə mülayim hava olub və yollarda buzlar əriyib. Ona görə insidentlə bağlı istintaq davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?