Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley sikkələri buraxacaq.
Bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov aprelin 9-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yubiley sikkələri yubiley mərasiminə qədər (mayın 28-i) ölkəyə gətiriləcək və təqdim olunacaq.
1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən Bəyannamədə müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığı elan edilib.
Sorğu
Yeni dizaynımız necədir?