Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Emin Ağalarovu evlənməsi münasibətilə təbrik edib.
Leyla xanım eks-həyat yoldaşını instaqram vasitəsilə təbrik edərək ona xoşbəxtlik arzulayıb. Daha sonra o, qeyd edib ki, yazdığı sevgi şeirlərini konkret bir şəxsə ünvanlamayıb:
"Əziz dostlar! Çoxu mənim şeirlərimi anlamır! Onlar mənim qəlbimdən gəlir və konkret olaraq bir insana həsr edilməyib.
Eminə və Alyonaya xoşbəxtlik arzulayıram. Onlar çox ləyaqətli və gözəl insanlardır. Allah onların sevgisini həyatlarında hər şeydən üstün etsin. Hər kəsə həyatdan zövq almağı və sevməyi arzulayıram! Hər şeyə görə çox sağ olun!"
Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2015-ci ildə rəsmən boşanıb. Onlar bu barədə İnstaqram hesablarında məlumat vermişdilər: "Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Lakin biz dost olaraq qalırıq".
Azərbaycanın Xalq artisti Emin Ağalarov iyulun 14-də sevgilisi Alyona Qavrilova ilə evlənib.//publika.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?