Alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovmələr olub. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində momerial tikililərdir.
Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur. Bu sovmələrin divarları bir qayda olaraq zəif naxışlara malik nişan daşları ilə bəzədilir. Karvan yolları üzərində sovmələrin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşama düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər yalnız ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi. Belə abidələrdən biri də keçmiş Hadrud rayonunun Ziyarət dağındakı sovmədir.
Hadrut rayonu - Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri olub. 1923-cü ilədək Ağoğlan, 1923 - 1939-cu ilədək adı Dizaq olmuşdur. Rayon Qozluçayın dərəsində, Arqu dağının ətəyində yerləşir. Oykonim İran dillərindəki ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasındadır. 10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak və Corabərt rayonları Hadrut və Mardakert rayonları adlandırılıb. 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi Xocavənd rayonunun tərkibinə verilmişdir. Ərazi, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir.
Xocavənd rayonunun Ziyarət dağında yerləşən sovmənin XVII əsrdə inşa edildiyi güman edilir.
Bu abidənin də forması ermənilər tərəfindən dəyişdirilərək vandalizmə uğradılmışdır.
Şəkillərdən göründüyü kimi bu abidədə əzəli görkəmindən məhrum edilmişdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?