GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Bakı sabah keçiriləcək möhtəşəm parada hazırdır

Bakı sabah keçiriləcək möhtəşəm parada hazırdır

Tarix: 14-09-2018, 11:34 Bölmə :Mədəniyyət Baxış: 528
Bakı sabah keçiriləcək möhtəşəm parada hazırdır

Azərbaycan və Türkiyə prezidentlərinin hərbi paradda birgə iştirakı gözlənilir

Sabah-sentyabrın 15-də Bakıda-Azadlıq meydanında möhtəşəm hərbi parad keçiriləcək. Parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilir.

Möhtəşəm paradla bağlı hazırlıqlar artıq yekunlaşıb. Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib.

Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

O cümlədən, helikopterlər və təyyarələr nümunəvi uçuşlar edəcəklər.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.

Bu baxımdan 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə hesab edilir.

Səfir: “Bu dəstək Türkiyə üçün qürur mənbəyidir”

“Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarının qatılacağı çox böyük tədbirlər keçiriləcək. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi” mövzusunda keçirilən simpoziumda bildirib.

Səfir qeyd edib ki, həm Türkiyə, həm də Azərbaycan üçün 100-cü ildönümün təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır: “Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər”.

E.Özoral 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 100-cü ildönümü olduğunu da xatırladıb: “Təbii ki, bunda Türkiyənin də payı var. Bu da 1918-ci il 15 sentyabr tarixində Qafqaz İslam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatlar nəticəsində Bakının işğaldan azad edilməsidir. Bu, bizim qardaşlıq münasibətləri baxımından çox önəmli bir yer tutur. Bunun 100 illik bir tarixi olsa da, hazırkı müstəqil Azərbaycanın yolunu açan çox önəmli hadisə olub. Bu dəstək Türkiyə üçün qürur mənbəyidir. Bu şərəfli tarixin qeyd olunması üçün uzun müddətdir hazırlıqlar aparırıq. Bu ilin əvvəlindən səfirlik tərəfindən Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib”.

Hansı yollar bağlanacaq?

Sentyabrın 15-də keçiriləcək paradla əlaqədar paytaxtın bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, parad Azadlıq meydanından başlayaraq Neftçilər prospekti boyunca keçiriləcək.

O qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə Azadlıq meydanı, Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

“Vəziyyətdən asılı olaraq Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən, 20-ci sahə dairəsindən, Bayraq meydanından, ”Dalğa plaza" kimi tanınan inzibati binanın yanından, Parlament - Mikayıl Müşfiq, Mikayıl Müşfiq - Mehdi Hüseyn, 28 may - Yusif Səfərov küçələrindən, habelə kəsişən digər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub. Parad tam qurtaranadək yollar bağlı qalacaq", - deyə V.Əsədov vurğulayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə parad keçiriləcək

    Sentyabrın 15-də Bakının azad edilməsinin 100 ...

    13-09-2018, 15:45

  • 
  • MN parada qatılacaq şəxsi heyət, hərbi texnika və qonaqlar haqda

    MN parada qatılacaq şəxsi heyət, hərbi texnika və ...

    25-06-2018, 16:26

  • 
  • Azərbaycan Ordusunun yaranmasından 95 il ötür

    Azərbaycan Ordusunun yaranmasından 95 il ötür ...

    26-06-2013, 02:17

  • 
  • Azadlıq meydanında hərbi parad başladı — CANLI YAYIM

    Azadlıq meydanında hərbi parad başladı — CANLI ...

    26-06-2018, 11:10

  • 
  • Azadlıq meydanında dünyaya açıq, xalqa qapalı parad (fotolar)

    Azadlıq meydanında dünyaya açıq, xalqa qapalı ...

    26-06-2013, 12:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu