GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Avropa Şurası: Azərbaycan multikulturaldır, amma...

Avropa Şurası: Azərbaycan multikulturaldır, amma...

Tarix: 4-02-2019, 18:09 Bölmə :Mədəniyyət Baxış: 547
Avropa Şurası: Azərbaycan multikulturaldır, amma...


Azərbaycan cəmiyyəti mədəniyyətlərarası və dinlərarası dözümlülük ilə xarakterizə olunur. Hakimiyyət milli azlıqları dəstəkləyir. Lakin milli azlıqlar üçün hərtərəfli qanunvericiliyin və konsultativ mexanizmlərin olmaması, həmçinin ifadə və toplaşma azadlığının məhdudlaşdırılması elə mühit yaradır ki, azlıqlar öz hüquqlarını tam şəkildə reallaşdıra bilmir.

Avropa Şurasının milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyası üzrə Konsultativ Komitəsinin Azərbaycan üzrə yeni rəyində əsas nəticələr budur. Nəticələr Azərbaycan hökumətinin şərhləri ilə birgə dərc edilib.

Azərbaycan cəmiyyəti mədəniyyətlərarası və dinlərarası dözümlülük ilə xarakterizə olunur. Hakimiyyət milli azlıqları dəstəkləyir.
Avropa Şurasının milli azlıqların qorunmasına dair Azərbaycan üzrə yeni rəyindən


Komitə etiraf edib ki, çoxmillətli Azərbaycanda hakimiyyət milli azlıqların mədəniyyətinin dəstəklənməsi üzrə geniş tədbirlər həyata keçirib. Komitə multikulturalizm və dözümlülük sahəsində gənclərin maarifləndirilməsi ilə bağlı səyləri alqışlayır. Rus və gürcü dillərinin tədrisi nisbətən yaxşı inkişaf edib və milli azlıqların dilləri üçün dərs materiallarının dərcində yaxşılaşma var. Komitə daxili köçkün şəxslərin həyat şəraitinin yaxşılaşdırılmasındakı mühüm irəliləyişi alqışlayır.

Lakin Konsultativ Komitə təəssüflə qeyd edir ki, Azərbaycan ancaq Komitənin əvvəlki tövsiyələrinin yerinə yetirilməsində məhdud irəliləyişə nail olub.

"Təəssüf ki, indiyədək milli azlıqların hüquqlarının qorunması üçün konsultativ mexanizm və ya hərtərəfli qanunvericilik yoxdur. Milli azlıqların nümayəndələri öz hüquqlarını bilmir və buna nail olmaqda çətinlik çəkir" , məlumatda deyilir.

Azlıqların dillərində radio ve televiziya yayımına mövcud maneələrin aradan qaldırılması ilə bağlı heç bir addım atılmayıb, indiyədək çap KİV-nə dəstək yoxdur. Universitet səviyyəsində rus və gürcü dillərindən başqa digər azlıqların dillərini öyrənmək imkanları yoxdur.

"Ümumilkdə, Azərbaycanda müxtəlifliyə münasibət davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qonşu Ermənistana münasibətdə daimi düşmənçilik mövqeyilə konstatasiya olunur ki, bunu da çətin ki etnik qrup kimi ermənilərə qarşı nifrətedici fikirlərdən fərqləndirmək olar", məlumatda deyilir.

Komitə Azərbaycanda qeyri-hökumət təşkilatları və insan hüquqlarının təşviqi ilə məşğul olan ayrı-ayrı şəxslər, o cümlədən milli azlıqlara mənsub şəxslər üçün məhdud və problemli hüquqi və siyasi şəraitin qalmasından dərin narahatdır.

Məruzədə qeyd olunur ki, əsasən "talış və ləzgi milli azlıqlara mənsub şəxslər azlıqların hüquqlarının reallaşdırılması zamanı Azərbaycanın ərazi bütövlüyünə şübhə edənlər kimi qəbul edilmək riskinə məruz qalırlar."

Başa düşmək çətindir. Niyə Komitə hərbi işğalın uzanması nəticəsində məcburi köçkünlərin çətinliyinin, iztirabının artmasından irəli gələn açıq fikirləri, məyusluğu və narazlığı "nifrətedici fikirləri"n təzahürü kimi qələmə vermək qərarına gəlib?
Azərbaycan hökumətinin rəyindən

Konsultativ Komitəsi təcili fəaliyyət üçün aşağıdakı tədbirləri görməyə çağırır:

- 2019-cu ildə əhalinin siyahıya alınmasında sərbəst və könüllü özünüidentifikasiya və bir dildən çox dilin göstərilməsi imkanlarının nəzərdə tutulması təmin olunsun;

- milli azlıqların müdafiəsi üçün adekvat hüquqi bazanın və hərtərəfli antidiskriminasion qanunvericiliyin qəbulu, həmçinin həmin məsələlərin koordinasiyası üçün ixtisaslaşdırılmış orqanın yaradılması;

- fikrin ifadə olunması azaldığı və assosiasiya azaldığı yolunda maneələrin aradan qaldırılması;

- azlıqların dillərinin tədrisi sahəsinin genişləndirilməsi və azlıqların dillərinin öyrənilməsi hüququ barədə maarifləndirmənin artırılması.

Əlavə tövsiyələr QHT-lərlə bağlı qanunvericiliyin və praktikanın beynəlxalq tövsiyələrə uyğunlaşdırılmasını, azlıqların dillərində yayımın genişləndirilməsini, dövlət orqanları ilə əlaqələrdə azlıqların dillərindən istifadə hüququnun təminatını, əsasən və əhəmiyyətli dərəcədə azlıqların məskunlaşdığı regionlarda azlıqların dillərində topoqrafik adların göstərilməsinə icazə verilməsini əhatə edir.

Öz növbəsində Azərbaycan hökumətinin bu rəy ilə bağlı şərhində deyilir ki, Azərbaycanda azlıqların hüquqları Azərbaycan Konstitusiyasında və digər hüquqi aktlarda əksini tapmış davamlı hüquqi əsaslarla qurulur. Konstitusiya milli azlıqların nümayəndələri də daxil olmaqla, hamının hüquq bərabərliyini təmin edir. Azərbaycan Avropa Şurasına üzvlükdən əvvəl milli azlıqların qorunmasına dair Çərçivə Konvensiyasına qoşulmaqla onun reallaşmasına önəm verir. Azərbaycan monitorinqlər çərçivəsində əməkdaşlığa hər zaman hazır olub.

"Bu fonda Konsultativ Komitənin özünün dördüncü rəyində Azərbaycanda yaşayan milli azlıqların hüquqlarına hörmətlə yanaşılması, müdafiəsi və irəliləməsi ilə bağlı Azərbaycanın öhdəliklərini və ardıcıl səylərini dəqiq əks etdirə bilməməsi təəssüf doğurur", Azərbaycan hökumətinin iradlarında qeyd olunur.

Sənəddə "bəzi hallarda Konsultativ Komitənin mənbə göstərmədən əsassız ittihamlar irəli sürməsi faktı məyusluq doğurur."

"Etiraf etmək lazımdır ki, Çərçivə Konvensiyasına uyğun olaraq hüquq və azadlıqların həyata keçirilməsi dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı fəaliyyətdə iştirakı heç bir şəkildə nəzərdə tutmur" , Azərbaycan hökumətinin şərhində deyilir.

İradlarda həmçinin rəyin Ermənistanla münaqişəyə dair müddəaları ilə bağlı narazılıq ifadə olunur.

"Azərbaycan ərazilərinin qonşu Ermənistan tərəfindən işğalı nəticəsində öz əsas hüquq və azadlıqlarından məhrum olmuş yüz minlərlə məcburi köçkünün vəziyyətindən Konsultaiv Komitənin xəbərsiz olduğunu düşünmək çətindir. Başa düşmək çətindir. Niyə Komitə hərbi işğalın uzanması nəticəsində məcburi köçkünlərin çətinliyinin, iztirabının artmasından irəli gələn açıq fikirləri, məyusluğu və narazlığı "nifrətedici fikirləri"n təzahürü kimi qələmə vermək qərarına gəlib? Bu əsassız tələb Azərbaycanda azlıqların hüquqlarının müdafiəsi məqsədinə xidmət edə bilməz", Azərbaycan hökumətinin şərhində deyilir.//amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Roma Papası yanında Mədəniyyət Şurasının üzvü: “Azərbaycan dinlərarası dialoqa böyük töhfələr verib”

    Roma Papası yanında Mədəniyyət Şurasının üzvü: ...

    1-09-2014, 11:22

  • 
  • İlham Əliyev xristian icmasını təbrik etdi

    İlham Əliyev xristian icmasını təbrik etdi ...

    5-01-2018, 00:32

  • 
  • Milli Şura Donald Tusk və Torbörn Yaqlandın təbrikinə təəssüflə yanaşıb

    Milli Şura Donald Tusk və Torbörn Yaqlandın ...

    16-04-2018, 17:34

  • 
  • YARAT Müasir İncəsənət Mərkəzi Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında böyük işlər görür

    YARAT Müasir İncəsənət Mərkəzi Azərbaycan ...

    15-07-2016, 13:25

  • 
  • Şahmat üzrə Azərbaycan milli komandası Avropa çempionu olub

    Şahmat üzrə Azərbaycan milli komandası Avropa ...

    6-11-2017, 23:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu