ARB TV-nin "Show news" proqramının növbəti müsahibi mərhum reper Anar Nağılbazın həyat yoldaşı Anjelika olub.
Gundemxeber.Az xəbər verir ki, o, uşaqlarının ataları üçün darıxdığını bildirib.
Anjelika Cəbiyeva eyni zamanda heç kəsin görmədiyi və oxumadığı bir məktub tapdığını da deyib. Orada yazılanlar isə görənləri heyrətləndirib.
Anjelikanın sözlərinə görə, o, günlərdir Anarı yuxusunda görür və çox narahatlıq keçirdiyindən onun əşyalarını məscidə vermək qərarına gəlib:
"Anarı yuxumda gördüm. Dedi, tərpənə bilmirəm. Üzü həm görünürdü, həm görünmürdü, qarışıq yuxu gördüm. Fikirləşdim, bəlkə paltarları qalıb ona görə ruhu narahatdır. Yaxşı olardı ki, ailəmiz dağılmayaydı. Özünə də demişdim ki, gün gələcək ailəmizi dağıdacaqlar, peşman olacaqsan. Anarın oğlunu ləkələmək istəyənlər bilsin ki, vaxt gələcək Anarın ətrafında fırlandıqları kimi Tamerlanın da ətrafına fırlanacaqlar. Qızım dedi ki, atamçün darıxmışam. Dedim gedərik qəbri üstə, dedi, daşı yox, atamı görmək istəyirəm. Bizdən uzaq olsa belə bilirdim ki, ataları var".
Reperin oğlu Tamerlan atasının arzularını gerçəkləşdirəcəyini bildirib:
"Atamın mahnılarını ifa etmək istəyənlər məndən icazə almalıdırlar. Çünki mən atamın yeganə oğluyam. Atamın arzularını gerçəkləşdirəcəm. Polis olmaq istəyirdim, atam məni hər zaman dəstəkləyirdi".
Sorğu
Yeni dizaynımız necədir?