Hansı dağa güvəndimsə, qar yağdı. Hansı yolu tutdumsa, dalana dirəndi. Kimə üz tutdumsa, üzünü yana tutdu. İş o yerə çatdı ki, haqqımda “donos” yazıb akt bağladılar, sən demə , iki körpə uşaqlı ailəsini, aspiranturada təhsilini, elmi işini atıb Qarabağ uğrunda savaşa gedən mən deyiləmmiş! ? “Qarınları ucbatından baş yozanların” bu “donos-aktı” lap doğma kəndimdə də keçərli ola bilər(di, di gəl Elmlər Akademiyasında heç çağ! Nədən kəndim Bakıda nə oyunlardan çıxmağımdan, lap elə çağırış kağızı gözləmədən “bron”dan imtina edib davaya getməyimdən soraqsız ola bilərdi, Akademiya, işlədiyim institut axı, ola bilməz (di)! İndi elə həmin institutun direktorunun otağında üzümə dur ki, Qarabağda nə işin vardı, nə itin azmışdı, nə ölüm gəzirdin ?
Hamı kontuziyadan, el dərdindən havalı başa “ağıl” qoymağa girişəndə Mirmövsüm Ağa ocağının yetirilməsi, baş elm ocağının başçısı , akademik Akif Ağamehdi oğlu Rəyasət Heyətinin iclasını çağırıb rüşvətdən havalanmış başların havasını aldı və iki İlə mənzil, güzəşt yiyəsi olacağıma söz verdi. Di gəl , rüşvətdən bozarmış üzlər sözdən abırlanıb qızarmazmış ha! İki ildə Qarabağdan olan qara işləklər yiyələri AMEA prezidentinə “qara başım qurban olsun Ağam sənə, verdiyin söz necə oldu” soruşmağıma da yol vermədilər.
…Günlərin -axşamların birində telefonuma həzin, doğma və sehirli bir səs gəldi. Bu O idi! Böyük alim, müharibə veteranı, döyüş-savaş yoldaşım, professor Habil Qurbanov! “Gəl bir dərdləşək, gözləyirəm” deyən səsin sehrindən çıxmaq mümkünsüzdü. Görəsən, gün hardan doğub, ulu Tanrım , bu Adamı nə yaxşı dünyaya gətirdin, nə yaxşı boya-başa çatdırdın, hüquq elmləri doktoru, professor etdin! Ən başlıcası əsl ,böyük hərflərlə yazılan İNSAN oldu Habil Surxay oğlu Qurbanov! Qarabağın Ağdam bölgəsinin Seyidli oymağından çox ərənlər, igidlər, elm, maarif adamları yetişib. Biri də Molla Qurbanlılar nəsli-soyudur. Bu nəsil vuran əli, elmli-maarifli dili ilə tanınıb! Habil müəllimlə görüşəndən ağrı-acılarım da səngiyib elə bil, yarama məlhəm qoyulub.
64 il öncə 14 martda dünyaya göz açan Qarabağ savaşı veteranına doğum günündə nə diləmək olar? Yazın uğurlu olsun, professor! 64 yaşın, 64-cü yazın mübarək, savaş dostumuz, böyük İNSAN!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?