Bir müddət əvvəl Türkiyədə həbs edilən və Azərbaycana gətirilən bəstəkar Tural Bayraməliyev barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
T.Bayraməliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Romella Allahverdiyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, T.Bayraməliyev biznes ortağı Şədiyyə Salehliyə məxsus olan külli miqdarda vəsaiti ələ keçirməkdə təqsirləndirilir.//publika.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?