Dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.
Gundemxeber.Az bildirir ki, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir. Onun cərrahiyyə əməliyyatına alınıb-alınmayacağı müayinədən sonra bəlli olacaq.
Xatırladaq ki, Tamara Sinyavskaya keçmiş SSRİ-nin və Azərbaycanın Xalq artistidir. Rusiyanın "Şərəf" və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordenləri ilə təltif olunub.
Sorğu
Yeni dizaynımız necədir?