Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada məşhur opera ifaçımız Müslüm Maqomayevlə bağlı keçirilən tədirlərə qatılmır.
Hətta 2011-ci ildə Maqomayevin səfriliyin ərazisindəki parkda Maqomayevin heykəli qoyularkən müvafiq sənədə imza atmaqdan imtina edibmiş. Lakin sonradan Bülbüloğlu sözügedən sənədi imzalamağa razılaşıb. Qeyd edilir ki, səfir nəinki Maqomayevlə bağlı tədbirlərdə iştirak etmir, hətta səfirlik əməkdaşlarına "Maqomayevlə bağlı tədbirə getsəniz, sabah işə gəlməyin" formasında xəbərdarlıq edilib. Səfirlik əməkdaşlarından birinin dediyinə görə, 2011-ci ildəki mərasimda Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Riayev, Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Diaspora rəhbəri Məmməd Əliyev iştirak edib. Qeyd edilir ki, bu durum Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də mənfi təsir göstərib. Hətta bildirilir ki, bu kimi şeylərə görə diaspora sahəsində fəaliyyət göstərən şəxslər səfirlikdən incikdirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?