"Kərimin ailəsinə dostları kömək edir. Axırıncı dəfə Qurban bayramında getdim yanına. Ancaq peşman oldum".
Bu sözləri meyxanaçı Ağamirzə "Ay Zaur" verilişində qonaq olarkən deyib. Sənətçi həmkarı Ağakərimin (Kərim Novruzov) səhhətindən bəhs edib.
O bildirib ki, Ağakərim artıq heç kimi tanımır: "Kərim uzanıb gözümə baxırdı. Evdən deyirdilər Kərim, Ağamirzədi. Deyir, hə, hə. Beş dəqiqə keçəndən sonra yenə yaddaşı gedir. Övladlarımı da aparmışdım. Ondan sonra uşaqları aparıram, gedib dəyirlər. Özüm düşmürəm, ürəyim ağrıyır. Danışa bilmir, gözlərimə baxır. Maddi köməklik edirəm. Elə dostları var çox kömək edir. Elə müğənnilər də var ki, Kərim xəstələnəndən qapısını açmırlar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?