AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ölkə gündəminə sözün əsl mənasında bomba kimi düşdü.
GundemXeber.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova toyda iştirak edən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovun son açıqlaması ilə özünü biabır etdiyini deyib:
“Siyavuş Novruzovdan sonra mən toy məsələsinə heç münasibət belə bildirmək istəmirəm. Çünki Siyavuş özünü o qədər biabır elədi ki, o qədər rüsvay oldu ki, mən bu mövzuda ona görə danışmaq istəmirəm. Bu saat yıxılanı hamı baltalayır. O ki, qaldı həmin toyda iştirak edən sənət adamlarına, bu, onların şəxsi istəyi, münasibətidir. Mənim ixtiyarım yoxdur ki, kiməsə irad tutam. Hər insan öz düşüncə dərəcəsində hərəkət edir. Mən də öz hərəkətlərimə və övladlarımın münasibətlərinə cavabdehəm. Qalan kim nə etdi məni maraqlandırmır. Bilirsiniz, yaltaqlıq məni nə qədər üzür.
Yaltaq insan o qədər cılızlaşır xırdalanır ki… Hərdən mən o qədər utanıram ki, əgər şəhidlərimiz, onların gözüyaşlı anaları olmasaydı, “Vətən sağ olsun” sözü olmasaydı bəlkə də mən utanıb kimliyimdən imtina edərdim”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?