"Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı koronavirus səbəbindən bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
GundemXeber.Az xəbər verir ki, bu barədə "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova xəbər verirb.
"Bu xəbər hər birimizi dərindən kədərləndirdi. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm”,-deyə baş redaktor bildirib.
Şair-publisit, jurnalist Qələndər Xaçınçaylı bir müddət əvvəl "Yeni Klinika” Tibb Mərkəzinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirmişdilər..
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?