Bakıda küçədə qəfildən huşunu itirərək yıxılıb dünyasını dəyişən şəxsin kimliyi məlum olub. "Report" xəbər verir ki, küçədə dünyasını dəyişən şəxs jurnalist Sabir Mustafayevdir. O, "Respublika" qəzetinin əməkdaşı imiş. Altmış yaşlı S.Mustafayev Cəlilabad rayonunda doğulub. Hadisə yerinə "Respublika" qəzetinin redaktoru da gəlib. Mərhumun meyidi morqa aparılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?