14 hərbiçimizin həyatını itirdiyi helikopter qəzasını şokundan hələ çıxmadığımız bir məqamda ölkədə fəaliyyət göstərən televiziya kanallarının gündəlik proqramlarında dəyişiklik etməməsinin, musiqili, çal-çağırlı, əyləncəli verlişlər yayımlaması ciddi etiraz doğurub.
Gundemxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, bizim televiziyalar son illər baş verən hadisələrlə bağlı hər zaman adekvat münasibət olub. “Ancaq dünən baş verən, hər evə kədər gətirən hadisə ilə bağlı TV-lərdə bu adekvatlığı görmədim. Bu, məni sadəcə təəssüfləndirir. Belə hallarda, adətən, proqram dəyişikliyi edilir, insanların əhvalına, baş vermiş hadisəyə uyğun proqramlar yayımlanır. Dünən təəssüf ki, TV-lər bunu edə bilmədilər. Bu həm də onu göstərir ki, telekanlların çevikliyi yoxdur. Halbuki proqram dəyişiklyi aparılmalı, verlişlər sürüşdürülməli, yeniləri ilə əvəz olunmalıdır. Yəni televiziyalar gündəmə həssaslığını itirirsə, bu, ciddi qüsurdur. Ona görə də, televiziya rəhbərləri məsələyə xüsusi diqqət yetirməlidir. Sadalanın əksi baş verirsə, deməli, televiziya rəhbərləri hadisələri izləmir. İzləsələr belə, nə baş verdiyini lazımi dərəcədə dərk etmirlər”.
Sorğu
Yeni dizaynımız necədir?