GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Hacıbaba Bağırov - 90 illik yubileyi qeyd edilir -FOTOLAR

Hacıbaba Bağırov - 90 illik yubileyi qeyd edilir -FOTOLAR

Tarix: 13-06-2022, 10:06 Bölmə :Mədəniyyət Baxış: 534

Bu gün böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümüdür. Bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirir. 

Teatrın kollektivi öncə mərhum aktyorun II  Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar. 

Ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin incəsənət şöbəsinin teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadımı Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident Mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət  nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər. da tədbirdə nazirliyin nümayəndəsi olaraq çıxış edib.

Rejossör Cəmil Quliyev böyük sənətkarla bağlı vurğulayıb: 

"Hacıbaba müəllimin yaradıcılığını sevən, onu daim qəlblərində yaşadan insanlar bu gün sənətkarımızın məzarı başında toplaşıb. 12 iyun təqvimi mənim üçün həm kədərli, həm də şərəfli gündür. Şərəflidir ona görə ki, böyük sənətkarımızın dünyaya göz açmasının 90 illik yubileyidi. Qəmliyəm, çünki belə bir incəsənət xadimi aramızda yoxdu. Mənim üçün Hacıbaba Bağırov yalnız ustad sənətkar deyil, həm də  təvəzökar, insansevər, qayğıkeş, çətin anlarda hamıya bacardığı köməyi əsirgəməyən böyük insan idi. Bu gün Hacıbaba müəllimi yad edən hər kəsə öz təşəkkürümü bildirirəm". 

Uzun müddət Akademik Musiqi Dram Teatrında Hacıbaba Bağırovla tərəf müqabili olan aktyor Çingiz Əhmədovda xatirələrini dilə gətirib: 

"Teatra 2-ci qayıdışımın əsas səbəbkarı Hacıbaba müəllim olub. O, həmişə onun üçün təyin olunan aparıcı rollara məni irəli çəkər və lojada əyləşib ifa etdiyim obrazlara səbrlə, sevgiylə tamaşa edərək deyərdi: "Rolları ifa edərkən mənim etmədiyim ştrixləri həyata keçirirsən. Ona görə də bu rollara layiqsən". Peşəkar sənətkarlıq hər kəsin bacarıq-qabiliyyətini kənardan görüb, qiymətləndirmək idi. Hacıbaba Bağırov məhz belə sənətkar idi. Hər dəfə teatrda olanda Hacıbaba müəllim kimi sənətkarlar üçün burnumun ucu göynəyir. Məkanı cənnət olsun. İnşallah, axirətdə də böyük sənətkarımızla görüşüb, yarımçıq qalmış söhbətlərimizi edəcəyik". 

Akademik Musiqili Dram Teatrının direktoru Əliqismət Lalayev də sənətkarla bağlı fikirlərini bölüşüb: 

"Hacıbaba Bağırov aktyor, sənətkar, teatr rəhbəri kimi incəsənətimizdə böyük iz qoyub. Teatrımızın texniki işçilərindən tutmuş, böyük sənətkarla tərəflə müqabili olmuş aktyorların hamısı bu gün onun məzarı başına toplaşıb. O bütün teatr nümayəndələrinin xatirəsində tək unudulmaz aktyor yox, həm də gözəl insan kimi iz qoyub. Nə qədər ki, tearımız, incəsənətimiz yaşadıqca Hacıbaba Bağırov da yaşayacaq".

Qeyd edək ki, bu gün saat 19:00-da isə Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş "Mən dəyərəm min cavana"  (F.Sücəddinov, T. Vəliyeva) tamaşası nümayiş olunacaq.

Xatırladaq ki, bu tamaşa illər öncə H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanmışdı. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə bir hədiyyə kimi təqdim edilir.  

Tamaşadan öncə foyedə aktyorun səhnə geyimləri də göstəriləcək. “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda  Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında isə Sonqulu (2004) obrazlarının geyimləri sərgilənəcək.


Abdulla İsmayıloğlu

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti Rafiq Əliyev vəfat etdi

    Xalq artisti Rafiq Əliyev vəfat etdi ...

    16-04-2020, 10:59

  • 
  • Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd olundu

    Azərbaycan Milli Peşəkar Teatrının 144 yaşı qeyd ...

    10-03-2017, 21:36

  • 
  • İlham Əliyev Siyavuş Aslanın ölümü ilə bağlı başsağlığı verd

    İlham Əliyev Siyavuş Aslanın ölümü ilə bağlı ...

    27-06-2013, 15:53

  • 
  • Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib

    Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib ...

    8-11-2018, 10:18

  • 
  • Əməkdar artist Kubra Dadaşova dəfn olunub

    Əməkdar artist Kubra Dadaşova dəfn olunub ...

    13-02-2017, 18:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (93)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu