GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Şuşa şəhərində Əsəd bəyin evinin bərpa layihəsini təklif etdik

Şuşa şəhərində Əsəd bəyin evinin bərpa layihəsini təklif etdik

Tarix: 2-09-2022, 18:18 Bölmə :Mədəniyyət Baxış: 399


XVIII-XIX yüzilliklərdə ən xarakterik bina tipi Şuşa şəhərində məhz yaşayış evləri məscidlər, bulaqlar, hamamlar, karvansaralar idi. Yaşayış evləri, kasıb əhali üçün damlar; varlı və imkanlı şəxslər üçün saraylar və malikanələrdən ibarət idi. Bu dövrlərdə  şəhər memarlığındakı evlərin həllində çoxobrazlılıq diqqət çəkirdi. Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli yaşayış evlərinin inkişaf etmiş forması olan damlar, qara damlar, sonralar müasirləşən ev damlarının da inkiafı diqqət çəkirdi. 

Adətən qara damlarda pəncərə olmazdı. İşıq damın tavanının mərkəzindəki dördbucaq və ya dairəvi formalı oyuqdan yəni evin bacasından düşərdi. Baca qara damdan həm də evdə yanan ocağın tüstünün çıxmasını təmin edərdi. Çünki qara dam evin ortasında yandırılan (buna orta ocaq deyirdilər) ocaqla qızdırılar, ailənin xörəyi payız, qış aylarında damın ortasındakı ocağın üstündə hazırlanardı. Ona görə də ocağın tüstüsü dama dolar və bacadan bayıra çıxardı. Ocaq sönəndən sonra bacanı bağlayardılarki, ev soyumasın.

Ənənəvi qara damlarda əhalinin ev əşyaları ilə yanaşı, ev sahibinin mal-qarasıda saxlanardı. Əhali bir qayda olaraq evin bir hissəsində xalça-palazla örtülmüş yerdə yatıb durar, digər hissəsində (xüsusən qış aylarında) isə ailəyə məxsus mal-qaranı bağlayardılar. Yaz, yay, payız aylarında mal-qara damın həyətində onlar üçün ayrılmış ərasidə saxlanırdı.  Qara damlarda mebel olmazdı. 

Qara damları tikmək üçün 25-30 kvadratmetr ərazi seçilərək dördbucaq formada  1-1,5 metr dərinlikdə torpaq qatı qazılır, evin divarları siklop tipli tikintilərdə olduğu kimi 1,5-2 metr hündürlüyündə iri daşlardan palçıqsız divar hörülür, divarın arxası isə torpaqla doldurulurdu. Evin üstü isə yurt evləri kimi aşağadan yuxarıya getdikcə daralan dördbucaq formada ağac tirlərlə örtülürdü. Bu tirlər  üst-üstə qoyularaq biri o birininə bərkidilir, bərkidilən tirlərin ara məsafəsi 1,5-2 metr olurdu. Bu qayda ilə tikilən damın çardağı konsvari  tikilərək təqribən 50x50 sm məsafə qalanadək daraldılırdı. Bundan sonra tirlərin üstü nazik ağaclarla sıx döşənir, onlarında üstü carcı(kol bitkiləri) və küləşlə örtülür onların da üstünə torpaq tökülür, torpağın da üstünə yağış suyunun içəriyə keçirməməsi üçün kül tökülürdü. 


Zaman keçdikcə qara damların yeni daha müasir forması olan Evdamları meydana gəldi. Memarlıq quruluşuna görə ev damları da əsasən qara damlar kimi tikilirdi. Ev damlarında baca ləğv edilməmişdi, bacadan evin işılandırılması üçün istifadə edilirdi. lakin ev damlarının tikintisindəki yenilik ondan ibarət idi ki, oçaq evin ortasından evin divarına köçmüşdü. Belə ki, evin divarının içində təqribən 1-1,2 metr hündürlüyündə 50-70 sm. enində oyuq düzəldilirdi buna buxarı deyirdilər. Buxarının içindən divarın içi ilə yuxaı evin damı istiqamətində bayıra tüstü çıxmaq üçün yer (oyuq) qoyulurdu. 

Tüstü buxarının borusu ilə bayıra çıxırdı. Damlarda istiliyi saxlamaq üçün gecələr orta ocaqda odunlar yanıb qurtardıqdan sonra damın bacası köhnə pal-paltarla basdırılardı. Ev damlarında daha bir yenilik ondan ibarət idi ki, ev damlarında mal-qara saxlnmırdı. Qara damlardan fərqli olaraq Ev damlarında mebel quraşdırılmağa başlanmışdı bu ailə başçılarının yatıb istirahət etmələri üçün ağacdan düzəldilmiş taxt (çarpayı) və ərzaq saxlamaq üçün kəndi adlanan şkaf (bu şkafa bənzəyən) böyük taxta qutu idi. 


Kəndi adlanan mebelin 2-3 metr uzunluğu, 1,5 metr hündürlüyü təqribən 1 metr eni olurdu. Kəndinin hər tərəfi bağlı olurdu, onun qarşı tərəfdən kəndinin üzərində bir neçə yerdən 20x30 sm-lik dəlik olardı və bu dəlikləri bağlamaq üçün yuxarı aşağı sürüşdürməklə açılıb örtülən üzəri naxışlarla bəzədilmiş qapağı olardı, bu dəliklərdən isə kəndinin içərisinə ərzaq qoyulub çıxarılması üçün istifadə edilirdi. Kəndinin içərisində əsasən ailənin qış ehtiyatı olan taxıl və ya un məhsulları saxlanırdı. 

Buxarılar sonralar Avropa memarlığı ənənələri əsasında tikilən evlərdə də istifadə edilməyə başladı. Bu tipli memarlıq nümunələri ümumən şəhərin imkanlı şəxsləri tərəfindən tikilən çoxotaqlı evlərdə istifadə olunurdu. Plan həlli baxımından bu tipli Şuşa evlərinin konfiqurasiyasında üç tip müəyyən edilmişdir: düzbucaqlı, Г-formalı və П-formalı evlər. Bu evlərin daxilində otaqların düzülüşü isə adətən oxşar olurdu. İkinci mərtəbədəki otaqların düzülüşü ya tamamilə birinci mərtəbəni tamamlayır, ya da ona oxşar olurdu. Bəy, tacir və bu tipli digər insanların evləri adətən çoxotaqlı olurdu Məsələn Əsəd bəyin evinin 40-dan çox otaqları vardı.  

Şuşa şəhərindəki çoxotaqlı yaşayış evlərinin birinci mərtəbəsi adətən mətbəx eləcədə xidməti otaqlar kimi istifadə edilirdi.  Şuşa evləri əksərən ikimərtəbəli olurdu ki, bu da horizontal inşaatı çətinləşdirən relyef xüsusiyyətləri ilə izah edilirdi. Mərtəbələr arasında əlaqə daş və ya taxtadan inşa edilmiş xarici pilləkənlər vasitəsiylə həyata keçirilirdi. 

Buna misal olaraq Əsəd bəyin evini göstərmək olar. Evin ümumi kompozisiya mərkəzində T-formalı böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılıb.

Əsəd bəyin evini bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyət onun çoxotaqlı olmasıdır. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür: mərkəzdə iri zal və onun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaqlar yerləşir.

Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olur. Pilləkənlərin hər biri xarici marş və dərin nişdə yerləşdirilmiş daxili marşdan ibarətdir. Bu pilləkənlər ikinci mərtəbədə yerləşən iki vestibülə aparır. 

Həmin vestibüllərdən kiçik dəhlizlər vasitəsiylə iri qonaq zalına keçmək mümkündür. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir.

Evin poliqonal daş hörgüsünə və kiçik pəncərə yerlərinə malik birinci mərtəbəsi üzərində həm bölünmələrinə, həm də inşaat materialına görə daha yüngül təsir bağışlayan ikinci mərtəbə yerləşir. Birinci mərtəbənin pəncərələri petrik tağlar sırası ilə əhatə edilmişdir. Birinci mərtəbənin inşasında yerli pud daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur. Fasadın kompozisiyası üç nəhəng şəbəkə pəncərə və onların yanında yerləşməklə bir qədər birinci mərtəbəyə də keçən iki dərin niş əsasında qurulmuşdur.

(ardı var)


Faiq İSMAYILOV


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bayılda evləri dağılan ailələrə veriləcək maddi yardım bu gün axşamadək hesablara köçürüləcək

    Bayılda evləri dağılan ailələrə veriləcək maddi ...

    19-04-2018, 11:37

  • 
  • Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon

    Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 ...

    28-03-2017, 23:10

  • 
  • Sabunçuda yanan mazutlu sahə evləri də yandırdı

    Sabunçuda yanan mazutlu sahə evləri də yandırdı ...

    19-08-2016, 00:26

  • 
  • Evi yandırılan keçmiş rektor xalqdan gizlənir – Yanan evin fotoları

    Evi yandırılan keçmiş rektor xalqdan gizlənir – ...

    20-02-2014, 11:40

  • 
  • Ekspertlər “Ağ şəhər” layihəsini “yıxıb-sürüdülər”

    Ekspertlər “Ağ şəhər” layihəsini “yıxıb-sürüdülər” ...

    7-08-2013, 17:52


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu