GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Bir gecədə məşhurlaşdı, ölümünə imza atdı, Yaşar Nuri ona aşiq oldu

Bir gecədə məşhurlaşdı, ölümünə imza atdı, Yaşar Nuri ona aşiq oldu

Tarix: 20-09-2022, 13:16 Bölmə :Mədəniyyət Baxış: 324


“Əvvəllər Bəhər müəllimin qızı Firəngiz deyirdilər. İndi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər”...

Gundemxeber.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Firəngiz Mütəllimova haqqında maraqlı faktları təqdim edir:

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır. Ailədə üç bacı, bir qardaş olublar. Valideynləri onun aktrisa olmağını istəməyib. Firəngiz xanım məşhurlaşandan sonra atası Bəhər kişi deyir:

“Əvvəllər Bəhər müəllimin qızı Firəngiz deyirdilər. İndi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu, nədir? Mən şəhərə çıxa bilmirəm”.

1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.

***

Teatrda fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Ancaq iş elə gətirib ki, ailə həyatı ilə bağlı bir müddət teatrdakı işindən ayrılıb. 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.

Aktrisa "Qılınc və qələm", "Əliqulu evlənir", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Mahnı dağlarda qaldı", "Şeyx Xiyabani", "Tənha iydə ağacı", "Həyatın dibində", "Qanlı Nigar", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Almaz" tamaşalarında bir-birindən maraqlı rollar ifa edib.

***

Xalq artisti "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi" (Sərvinaz), "Qocalar, qocalar" (Leyli), "Bəyin oğurlanması" (Telli), "İşarəni dənizdən gözləyin" (Sona), bədii filmlərində, "Mənim ağ şəhərim" (Ana), "Şərəf" (Mila xanım) filmlərdə aparıcı rollar oynayıb.

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub. Bu haqda o, müsahibələrinin birində deyir:

“Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim. Bu sənət təkcə öz şəxsi həyatımı əlimdən alıb. Bəlkə də vaxtında ailə qursaydım, övladım olardı. Allaha qurban olum, nələrisə əlimdən aldı, nələrisə verdi. Mənim həyat qurmağa vaxtım çatmadı. Birdən-birə ardıcıl olaraq gündə 4 tamaşa məşq edirdim. O vaxt evim yox idi, kirayədə qalırdım. Bəzən iki-üç gün çörək tapmadığım vaxtlar olub. Belə şəraitdə kiminləsə görüşüb ailə qurmağa nə şərait vardı, nə də vaxt. İnanın ki, filmlərə də çəkilməyə vaxt tapmırdım. O qədər filmlərin çəkilişlərindən imtina etmişəm ki... Bəzən olur ki, aktrisa olmağıma acığım tutur. Görürsən, sənə elə söz göndərirlər ki, lap ətin tökülür. Bəziləri elə bilirlər ki, ciblərində bir az pulları varsa, deməli, kişidilər. Kişilik başqa şeydir, pulla ölçülə bilməz. Bəzən elə əsəbiləşmişəm ki, hətta bu teatrdan çıxıb getmək istəmişəm. Amma getməmişəm. Bir dəfə teatrdan uzaqlaşmışam, qayıdandan sonra da ikiəlli teatra bağlanmışam. Başa düşmüşəm ki, Allah məni bu sənət üçün yaradıb. Bütün arzularımı həyata keçirmişəm. Təkcə bir arzum qalıb ki, Şuşaya qayıdım. Yayın istisində Bakıda adamın canı çıxır, gedib ləzzətlə orada öz evimizi yenidən qurardım. Bir olan Allaha and olsun ki, hər gecə yuxuda Şuşaya gedirəm”.

Aktrisa “Topal Teymur”, “Yad qızı” televiziya tamaşalarında iştirak edib. Ancaq ona ən böyük uğuru 1981-ci ildə çəkilən “Səni axtarıram” tamaşasındakı Gülnar rolu gətirib. Tamaşada Xalq artisti Yaşar Nuri ilə tərəf müqabili olan aktrisa sonralar müsahibələrinin birində bu haqda deyir:

“İnsanların sevgisinin “Gülnar” obrazına, yoxsa Firəngizə olduğunu anlamırdım. Bir növ şübhə altında qaldım. “Gülnar” məni insanlardan uzaqlaşdırdı. Bir gecədə məşhurlaşdım. Onda mənim 21 yaşım vardı. Gecəni Firəngiz kimi yatıb, səhər Gülnar kimi ayıldım. Xeyli tamaşaçı sevgisi qazandım, indiyə qədər də mənə “Gülnar” deyirlər. Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi. “Gülnar”ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya “Gülnar”ı? Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də. İndiki ağlım olsaydı, “Gülnar”ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım”.

Bu tamaşadan sonra tamaşaçılar Yaşar Nuri ilə aktrisanı bir-birinə yaraşdırmağa başlayırlar. Onların sevgili olması haqqında şayiələr artmağa başlayır. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım müsahibələrinin birində həyat yoldaşının Firəngiz xanımı sevdiyini deyəndən sonra Firəngiz xanım məsələyə belə münasibət bildirir:

“Nə bilim, vallah, Yaşarı mən həddindən artıq çox istəyirdim. Əslində, o mənim gənclik sevgim olub. Amma özü mənə heç vaxt deməyib ki, səni sevirəm. Biz çox yaxın dost olmuşuq. Mən onun yalnız Rəhimə xanımı sevdiyini bilirəm. Doğrudur, qastrol səfərlərində olanda həmişə məni qoruyub, orda oturma-burada otur, filan, mən də bunu bir böyük qardaş kimi etdiyini düşünmüşəm. Sözün düzü Rəhimə xanım da sağ olsun, heç vaxt bizi qısqanmayıb. Hər dəfə mən onlara gedəndə gülə-gülə deyirdi ki, Yaşar sevgilin gəldi. Biz sadəcə çox yaxın dost olmuşuq, bəlkə də Rəhimə xanım bunu nəzərdə tutub”.

Bu tamaşadan sonra aktrisaya çoxsaylı tamaşaçı məktubları gəlməyə başlayır. Firəngiz xanım həmin günləri belə xatırlayır:

“O vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb”.

2013-cü ildə aktrisanın səhhəti qəfildən pisləşir, başında kəskin ağrılar yaranır. Bakıda müayinələrdən keçən aktrisaya həkimlər Türkiyəyə getməyi məsləhət görürlər. Əməliyyat keçirməli olan aktrisa orada rəsmi sənədə sənədlərə imzalayır atır. Bu imza ilə aktrisa əməliyyatdan sağ çıxmamaq ehtimalının olmasını anlaqlı şəkildə qəbul edir. Ancaq əməliyyat uğurlu keçir, Firəngiz xanım sağ-salamat Bakıya qayıdır.

***

Hazırda Dram Teatrında fəaliyyət göstərən aktrisa 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Firəngiz Mütəllimova həmkarı ilə arxiv FOTOsunu yaydı

    Firəngiz Mütəllimova həmkarı ilə arxiv FOTOsunu ...

    31-05-2017, 18:30

  • 
  • Gənc aktrisaya qadağa qoydular: “Şərt kəsdi ki, soyunsan…”

    Gənc aktrisaya qadağa qoydular: “Şərt kəsdi ki, ...

    31-05-2018, 16:05

  • 
  • “Yaşarın `alo` deməsi üçün darıxmışam” - Xalq artisti

    “Yaşarın alo deməsi üçün darıxmışam” - Xalq ...

    22-11-2014, 21:18

  • 
  • Millimizin xanım futbolçusu özünü güllələdi - YENİLƏNİB - VİDEO - FOTO

    Millimizin xanım futbolçusu özünü güllələdi - ...

    17-03-2018, 12:33

  • 
  • Şəkidə 17 yaşlı qız özünü güllələdi

    Şəkidə 17 yaşlı qız özünü güllələdi ...

    17-03-2018, 11:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu