Gundemxeber.az » Ölkə » Mədəniyyət » “Xilaskar” kimi gəldi, “peşka” kimi getdi - Başqa cür ola da bilməzdi...
Ötən ilin yay aylarının sonunda Qarabağda “sürpriz yumurta” kimi peyda olan rusiyalı “filantrop” Ruben Vardanyandan günlərdir ki, səs-səmir çıxmır.
Rusiya siyasi dairələrinin, daha dəqiq desək, Kremlin bölgədəki maraqlarını təmin etmək üçün Qarabağa göndərilən bu şəxs bir göz qırpımında separatçı rejimin dairələrində populyarlaşdırılmış, hətta qondarma qurumun “rəhbəri” Araik Arutyunyan tərəfindən “dövlət naziri” təyin edilmişdi.
İlk başlarda Azərbaycan siyasi hakimiyyəti ilə danışıqlarda meylli olan, özünü şurtvatsların (Qarabağ erməniləri - red.) qurtarıcısı kimi qələmə verən bu adamın valı Azərbaycan Prezidentinin onun barəsindəki məlum açıqlamasından sonra birdən-birə çevrildi. Araik Arutyunyanla aralarındakı münasibətlərə aydınlıq gətirə bilməyən Vardanyanın canına susamış kimi “Qarabağ xalqı”nı ayağa qaldırmaq istəyininin nəticəsi olaraq isə “meyt maşını”nda Qarabağı tərk etdi.
Bunun səbəbi isə sadədir: Azərbaycanın Qarabağ erməniləriylə bağlı mövqeyi. Bu mövqe isə həmin şəxslərin quldur rejimin girovluğundan azad edilməsi və Azərbaycan vətəndaşlığını qəbul etməsidir. Əlbəttə, bizimlə birgə yaşamaq istəməyənlər üçün çıxış qapısını da açıq qoymuşuq.
Qarabağda Nikol Paşinyanın yaxın silahdaşı sayılan, hətta “Qarabağ klanı”nda Paşinyan hakimiyyətinə daha loyal, ona tək sadiq adam olan Araik Arutyunyan və silahdaşlarının Azərbaycanın siyasi iradəsi nəticəsində məngənəyə sıxışmasından sonra isə Vardanyan gördü ki, onun oğurladığı milyardların gücü harayına qaçdığı dönmə erməniləri qurtarmağa çatmayacaq. Ona görə də o, yekun nəticədə, urvatsız şəkildə Qarabağdan qaçıb-getdi. “Miatsum”, erməni birliyi, mübarizə, müharibə, “Arstax”, itotu-bağayarpağı deyə-deyə 6 ayda heç nəyə nail ola bilməyən Vardanyanın özünü indi heç Moskvada adam yerinə belə qoymurlar.
“Vardanyan ssenarisi”nin iflasa uğradığını görən Moskvanın isə Qarabağa yeni “vardanyanlar” idxal edəcəyini istisna etmək olmaz. Ukrayna kampaniyasına başı qarışan Moskva, əlbəttə ki, arxa bağçası saydığı Cənubi Qafqazı, hələ-hələ 2 il qabaq sülhməramlı adı ilə soxulduğu Qarabağı əldən vermək niyyətində deyil. Olan isə burada Vardanyan və onun pullarına oldu. Çünki istər Kreml, istərsə də Ruben Vardanyan məlum hadisədən sonra bir şeydə həmfikir oldular ki, gec, ya tez Azərbaycan həmin ərazilərdə öz hakimiyyətini bərpa edəcək.
Hansı ki, bunu artıq Arutyunyanın timsalında bütün “Qarabağ klanı” və “köhnə qvardiya”ya qarşı özünü “novator” kimi dürtüşdürən Vardanyan çoxdan qəbul edib.
Qısası, Azərbaycanın kartları açıq oynamasından sonra sıradan çıxan ilk “peşka” Vardanyan oldu. Və şübhəsiz ki, bu, axrıncı yox, axarıncı olacaq. Nəinki Vardanyan, istəyir, 5 Vardanyan Qarabağa gəlsə belə, onun sonunun necə olacağını gördük. //yenisabah.az//
25-11-2020, 14:10
13-02-2021, 16:00
10-12-2020, 16:34
5-10-2020, 15:30
24-02-2021, 21:49
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?