Qarabağda müharibəni Rusiya dayandırdı, əgər müharibə noyabrın 9-da axşam dayandırılmasaydı aydın idi ki, noyabrın 10-da Araik Arutyunyanı vertolyotla Bakıya aparacaqdılar. Orada onu telekameralar qarşısında oturdub əmr edəcəkdilər ki, Qarabağ ermənilərinə müraciət etsin.
Bu sözləri Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan Yerevanda fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.
"Aydın idi ki, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində total nəzarət təmin etməli idi. Belə olan halda Qarabağda Rusiya sülhməramlıları olmayacaqdı.
Ona görə də daha bizim Dağlıq Qarabağ üzərində nəzarətimiz yoxdur. Dağlıq Qarabağ daha ermənilərin deyil.
Dağlıq Qarabağın böyük hissəsini azərbaycanlılar alıb, rusiyalılar isə kiçik ərazini özlərinin geosiyasi problemlərinin həlli üçün xilas edə biliblər”,-Kazaryan bildirib/Oxu24.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?