Gundemxeber.az » Ölkə » Mədəniyyət » Xalq artistinin NAKAM QALAN ARZUSU: - “Alınmadı...”
“Çox rollar olub ki, arzuladım, istədim oynayım, amma oynaya bilmədim”.
Gundemxeber.az Yenicag.az-a istinadla xəbər verir ki, bunu tanınmış aktrisa, Xalq artisti Fatma Mahmudova deyib.
O, arzuladığı, amma hələ də oynamadığı obrazdan danışıb:
“Çox rollar olub ki, arzuladım, istədim oynayım, amma oynaya bilmədim. Bu gün də sual versələr ki, hansı obrazı oynamaq istəyirsən, həmin obrazın adını çəkərəm: Alber Kamyunun əsərində ana obrazı… Bilmədən öz oğlunu öldürən bir ana obrazıdır. Özümün də içimdə bir övlad yanğısı var idi, ya nədənsə, o obraz ruhuma çox yaxındır.
Hamı məni komediya aktrisası kimi tanıyır. Elə bilirlər, yalnız komediya obrazlarını oynayıram. Elə deyil. Daha çox faciəvi-dramatik aktrisa olmuşam. Elə oynadığım faciə roluna görə də 1989-cu ildə Əməkdar artist fəxri adına layiq görülmüşəm”.
Gundemxeber.az
17-03-2016, 12:14
28-11-2014, 00:18
13-02-2017, 18:14
19-06-2022, 13:08
9-02-2018, 10:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?