Gundemxeber.az » Ölkə » Mədəniyyət » Rusiya vətəndaşları Türkiyədə 1000-dən çox daşınmaz əmlak alıb
2024-cü ilin yanvar-mart aylarında Rusiya vətəndaşları Türkiyədə 1 361 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 min 554 obyekt azdır.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin mart ayında Rusiya vətəndaşları Türkiyədə 411 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 764 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyədə 105 min 394 mənzil satın alınıb ki, bu da 2023-cü ilin mart ayı ilə müqayisədə 0,1 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyədə 279 min 604 mənzil satın alınıb.
"Bu göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.
2024-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 778 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz azdır.
Eyni ilin yanvar-mart aylarında əcnəbi vətəndaşlar Türkiyədən 5 min 685 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azdır.
GUNDEMXEBER.AZ
13-08-2016, 10:45
13-06-2016, 01:45
10-08-2021, 12:45
15-09-2017, 20:28
19-12-2019, 16:32
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?