Gundemxeber.az » Ölkə » Mədəniyyət » Flora Kərimova Dürdanədən yazdı: "7 günə 70 il yaşlanan Xocalı qızım!"
Xəbər verdiyimiz kimi, ötən gün Xocalı soyqırımı zamanı 8 gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
GUNDEMXEBER.AZ xəbər verir ki, Xalq artisti Flora Kərimova sosial şəbəkədə onun ölümündən yazıb.
"Dürdanə xanım, Xocalı balam!
Xocalı faciəsini çiynində daşıyan, yeddi günə yetmiş il yaşlanan qızım. Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi. Görən görürdü. Allah sənə rəhmət eləsin. Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun.
Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat uyu qızım", - deyə Xalq artisti qeyd edib.
Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.
D. Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.
GUNDEMXEBER.AZ
26-02-2016, 16:05
31-07-2017, 15:45
17-09-2017, 11:49
17-03-2018, 22:54
4-07-2013, 17:56
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?