Aureliya Qriqoriu: "Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır"
Moldovalı vəkil Aureliya Qriqoriu Ermənistan parlamentində məruzəsi zamanı bəyan edib ki, Xocalıda soyqırımı ermənilər törədib və bu, beynəlxalq ictimaiyyətin tanıdığı faktdır. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.
Moldovanın parlament vəkili (ombudsman) bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib". Zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı vəkili alqışlayıblar.
Qeyd edək ki, moldovalı vəkil Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzə ilə çıxış edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?