GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » “Onları Allaha tapşırmışam, o özü onların cəzasını verəcək”

“Onları Allaha tapşırmışam, o özü onların cəzasını verəcək”

Tarix: 20-08-2024, 12:25 Bölmə :Mədəniyyət Baxış: 156

"Əvvəllər xanəndələr başqa yerlərdə oxuyurdular, imtahan verirdilər. Alim müəllim həmişə bizə deyir ki, toyda oxumaq böyük bir məktəbdir. Toyxana məktəbindən keçən mütləq xanəndə olur. Amma bu gün xanəndələr yeni qəzəl, şeir öyrənmirlər. Ona görə ki, tələbat yoxdur. O vaxt toyxanalarda ustadlardan çoxlu qəzəllər tələb olunurdu. Orada qəzəlxanlar, söz xiridarları olurdu ki, həmin ustadları izləyirdilər. Bizim adını tarixə yazan xanəndələrimiz belə məclislərdən çıxıblar. Amma indiki oxuyanlardan, uşaqlardan ancaq mahnı tələb olunur. Bugünki restoran toyları o qəzəlləri, şeirləri tələb etmir. Əgər orada xiridarlar, tənqidçilər həmin toylarda olsaydılar xanəndələr gecə yatmayıb qəzəllər əzbərləcəyəkdilər. Necə ki, Muğam müsabiqəsində uşaqlar hər dəfə yeni qəzəllər oxuyurdular. İnsanı məqam, düşdüyü şərait tələb edəndə o öyrənir"

Gundemxeber.az bildirir ki, bunu Moderator.az -a özəl açıqlamasında əməkdar artist, sevilən xanəndə Fərqanə Qasımova deyib. O daha sonra "Fərqanə xanım, siz toyxana görməmisiz, bəs necə püxtələşmisiz?" sualına cavab verib.

"Mən 15-16 yaşlarımdan dünya səhnələrində çıxış etmişəm. Artıq mənim üçün böyük dünya səhnələrində oxumaq o qədər asandır ki.. Çünki mən orada püxtələşmişəm. Mənə desələr ki, 2 ay vaxtımız var, solo konsert olacaq, mən buna tez bir zamanda hazırlaşa bilərəm. Ancaq toy oxuyanları bunları bacarmırlar. Toy oxuyanı başqadır, səhnə oxuyanı, mədəniyyəti tərənnüm edən sənətkar başqa. Bu gün ona görə hər şey adiləşib. İki köhnə qəzəllə, toy mahnıları ilə məclisi idarə edirlər. Sənət artıq öz orbitindən çıxmağa hazırlaşır. Xarici ölkələrdə yeni səfərlərə dəvət almışam. Əgər Allahın muğamımıza sevgisi varsa onu ölməyə qoymayacaq. Görün nə qədər sənətkarlar gəlib-gedir, indi də Alim müəllim var, onun davamçısı mən varam. Bizim də davamçılarımız olacaq. Muğam heç vaxt ölməyəcək. Ölsəydi bir neçə il bundan əvvəl ölərdi. Hər dəfə belə eniş-yoxuşlara məruz qalsa da, Allah püxtələşdirib onun pöhrəsini verir" deyə sənətkar bildirib.

Fərqanə xanım övladının atası ilə muğam duetini tənqid edənlərə də cavab verib.

"Yaş üstünə yaş gəldikcə heç kimin fikri, düşüncəsi insan üçün maraqlı olmur. Mən özümdən və ailəmdən danışıram. Ağıllı insan hər zaman öz addımları ilə irəli gedir. Ona görə də bu bizim üçün yeni bir tənqid üsulu deyil. Bizim millət, mən əlbəttə çoxusundan danışmıram, başları çıxmayan mövzu haqqında rəy bildirənlərdən, həqiqəti bilməyən həqiqətin əleyhinə danışan insanlaradır bu sözüm ki, onlar vardır və həmişə də olacaqlar. "İt hürər, karvan keçər" məsəli də elə onlar üçün deyilib. Ümumiyyətlə onlara heç vaxt önəm vermək lazım deyil. Bu duetə görə mənə çoxlu gözəl mesajlar gəlib. Azərbaycanda ümumiyyətlə bilmirlər ki, bu muğamdır yoxsa nə?! Ümumi türk dünyasında belə bir janr var. Buna "mədh" deyirlər. Peyğəmbərə (s.ə.s) tərifdir. Bizim ölkəmizdə belə mahnılar çox yayılmayıb. Türklər gözəl bilir ki, bunlar nədir? Mənim oğlum quranı gözəl bilir, hazifdir, ilahi nəğmələr oxuyur, dərviş toylarında iştirak edir. Babası ilə oxuduğu da belə bir janrda mahnı idi. O insanlar bisavaddır. Doğru-dürüst rəy belə yaza bilmirlər. Mənim öz şəxsi həyatım haqda elə pis rəylər yazmışdılar ki.. Gözümdən o qədər düşüblər ki.. Onlar haqqında danışmağı özümə sığışdırmıram.. Bilmədiyi nəsə haqqında rəy bildirən insanlar Allahın cəzasına mütləq ki, məhkum olacaqlar. Alim müəllim də, oğlum da sosial şəbəkələrdən uzaq insandır. Heç nəyi izləmirlər, bilmirlər. Kimlərdənsə eşidəndə də ancaq gülə bilərlər. Onun dərdini çəkməzlər, fikir verməzlər, önəmsəməzlər. Bizim ailəmizdə qətiyyən buna fikir vermirlər. İnsan əhəmiyyət verdiyi nəyəsə münasibət bildirər. Əhəmiyyət vermədiyi mövzu haqqında danışmaq, ona zaman ayırmaq bizim aləmimizdə düzgün hesab olunmur. Biz sadəcə Allaha tapşırırıq. Allah da özü onların cəzasını verir" deyə xanəndə bildirib.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qətlə yetirilən gənc xanəndələr haqda faktlar - Video

    Qətlə yetirilən gənc xanəndələr haqda faktlar - ...

    2-08-2018, 16:02

  • 
  • Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib – FOTO + YENİLƏNİB

    Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib – ...

    2-08-2018, 10:00

  • 
  • Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Qəza deyil?

    Gənc xanəndələrin ölümü ilə bağlı dəhşət – Qəza ...

    1-08-2018, 17:01

  • 
  • Milli Konservatoriya ilə Təhsil Nazirliyi arasında qalmaqal - TƏFƏRRÜAT

    Milli Konservatoriya ilə Təhsil Nazirliyi ...

    29-11-2021, 17:40

  • 
  • Əməkdar artist həyatının ən ağır günlərini yaşayır

    Əməkdar artist həyatının ən ağır günlərini yaşayır ...

    15-07-2013, 11:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu