Azərbaycanda fəaliyyət göstərən kinoteatrlarda rusdilli filmlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
Gundemxeber.az “Minval.az”a istinadən xəbər verir ki, əvvəllər gündəlik 13 seansdan yalnız 4-ü türkcə göstərilirdisə, indi əksinə – cəmi 4 seans rus dilində, qalanları isə türkcə nümayiş olunur.
Mütəxəssislər bildirirlər ki, bu dəyişiklik ilk növbədə auditoriyanın tələbləri ilə bağlıdır.
“Əhalinin böyük əksəriyyəti rus dilini bilmir, amma türkcəni rahat anlayır. Bu səbəbdən seansların türk dilində keçirilməsi kinoteatrlara daha geniş tamaşaçı auditoriyası cəlb etməyə imkan verir”, – deyə ekspertlər vurğulayırlar.
Onların fikrincə, bu tendensiya Azərbaycanda baş verən daha geniş mədəni dəyişikliklərin göstəricisidir.
“Türk dili cəmiyyətimiz üçün yaxın və anlaşılan hesab olunur, rusdilli auditoriya isə ildən-ilə daralır. Kinoteatrlarda nümayiş siyasətindəki dəyişiklik də məhz bu reallığı əks etdirir”, – ekspertlər qeyd edirlə
Sorğu
Yeni dizaynımız necədir?