GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Bulut Ələmdar: İran hakimiyyəti türkcə kitab görməmiş bir nəsil yetişdirmək istəyir

Bulut Ələmdar: İran hakimiyyəti türkcə kitab görməmiş bir nəsil yetişdirmək istəyir

Tarix: 7-02-2020, 12:03 Bölmə :Dünya Baxış: 326
Bulut Ələmdar: İran hakimiyyəti türkcə kitab görməmiş bir nəsil yetişdirmək istəyir


Bulut Ələmdar hesab edir ki, İran hakimiyyəti türk dili və mədəniyyəti uğrunda fəaliyyətlərin açıq şəkildə və ictimaiyyətin gözləri önündə yürüdülməsini istəmir.

Amerikanın Səsinə danışan siyasi şərhçi son vaxtlar Tehranda türk fəallara qarşı basqıların ağırlaşmasının həm hazırkı siyasi vəziyyət, həm də keçmişdən gələn sistematik anti-türk siyasətlərilə əlaqəli olduğunu vurğulayır.

Son vaxtlar Tehran məhkəmələri türk dil hüquqları fəallarına qarşı ağır həbs və sürgün cəzaları çıxarıb. Əlavə olaraq Tehranda fəaliyyət göstərən bir neçə fəal nəzarət altına alınıb. Türkcə kitab nəşr edən Təkderəxt (TakDerakht) nəşriyatı və “Əndişə-i Nov” nəşriyyatının kitab mağazası qapadılıb.

Rəhmətlik Dr. Cavad Heyətin bir xatirəsi var idi. Deyirdi, ‘Varlıq’ dərgisini Ayətullah Şəriətmədariyə götürdüm, dedim biz türkcə yazırıq. Dedi ki, məgər türkcəni yazmaq olar? İndi İran hakimiyyəti Tehranda elə nəsil yetişdirmək istəyir ki, desin türkcə yazılmaz, türkcə kitab olmaz.

Bulud Ələmdar deyir ki, “İranın diktator bir hakimiyyəti vardır. Millətə basqı tətbiq edir, tutur, həbs və sürgünə məhkum edir. Bu baxımdan bunlar sıravi həbslər kimi nəzərə gələ bilər. Amma fərqli bir məsələ də vardır. İran bugünkiü sıxıntılı durumda niyə türklərə qarşı basqıları çoxaldıb və sadəcə dil üzərində açıq çalışan insanları həbs və ucqar bölgələrə sürgünə məhkum edir? Bu fəallar gizli bir iş görmürlər. Açıq şəkildə fəaliyyət edirlər.”

O, bu basqıların İslam Respublikası üçün “daxili siyasət məlzəməsi” olduğunu önə çəkir:

“Bu basqılara bir neçə cəhətdən baxmalıyıq. Birincisi, hakimiyyətin bundan öz iç siyasi məlzəməsi olaraq yararlanmasıdır. İkincisi, fars milliyyətçilərini də öz yanına çəkməyə çalışır. Üçüncüsu və ən önəmlisi bu ki, bu, sadəcə İslam Respublikasının bir taktikası deyil, İranın türklərə və Güney Azərbaycana qarşı sistematik və strateji bir hücumudur. Bunun zaman-zaman dozası çoxalır və azalır... Dördüncüsü isə, bizim də fəaliyyətlərimizin çoxalmasıdır.”

Mehdi Nəimi: İran hakimiyyəti türk dili sahəsində çalışan fəalları hədəf alır

Siyasi fəalın fikrincə, İran hakimiyyəti türk dili və mədəniyyəti sahəsində fəaliyyətlərin ictimaiyyətə açıq bir şəkildə yürüdülməsini istəmir.

İranın diktator bir hakimiyyəti vardır. Millətə basqı tətbiq edir, tutur, həbs və sürgünə məhkum edir. Bu baxımdan bunlar sıravi həbslər kimi nəzərə gələ bilər. Amma, fərqli bir məsələ də vardır. İran bugünki sıxıntılı durumda niyə türklərə qarşı basqıları çoxaldıb?

Onun dedilklərinə görə, “İran hakimiyyəti türk məsələsinin çox açılmamasını, çox yayılmamasını istəyir. Milli fəalları radikal və gizli hərəkətlərə yönləndirməyə çalışır. Bizim türkcə kitab satan və nəşr edən nəşriyyatımızın fəaliyyəti İranın öz konstitusiyasına görə də qanuni fəaliyyətdir. Bunların qorxsusu bizim məsələmizin İranda qanuni bir şəkildə genişləməsidir. Bunun önünü kəsmək istəyirlər.”

Bulut Ələmdar İran Parlamentində “Türk Bölgələri Fraksiyası”-nın fəaliyyətinə icazə verilməməsini də bu kontekstdə dəyərləndirir:

“Bunu İran Məclisində təşkil olunan Türk Fraksiyası məsələsində də gördük. Yəni, türk nümayəndələr öz bölgələri ilə daha artıq əlaqələnmək üçün bir fraksiya qurdular. Amma bunun da qarşısı alındı... Eyni şəkildə bizim fəallara da deyirlər ki, siz açıq və qanuni şəkildə sadəcə dil və mədəniyyət sahəsində çalışsanız belə biz yenə sizi həbsə atarıq.”

Tehran məhkəməsi türk fəallara həbs və sürgün cəzası verib

2016-cı ildə İran Azərbaycanı və ölkənin digər bölgələrindən olan 100-ə yaxın türk vəkil İran Parlamentində “Türk Bölgələri Fraksiyası” təşkil etdilər. Lakin təşkil edildikdən bəri heç bir fəaliyyəti olmayan fraksiyanın hazırda mövcud olub-olmadığına dair məlumat yoxdur.

Bulut Ələmdarın dediklərinə görə, İran hakimiyyəti türkcə nəşrlərin xüsusilə Tehranda yayılmasını bir təhlükə olaraq görür.

“Hakimiyyət türkcə kitabların, türkcə jurnalların Tehrandakı türklərin əlinə yetişməsini, hətta gözlərinə dəyməsini istəmir. Niyə? Rəhmətlik Dr. Cavad Heyətin bir xatirəsi var idi. Deyirdi, ‘Varlıq’ dərgisini Ayətullah Şəriətmədariyə götürdüm, dedim biz türkcə yazırıq. Dedi ki, məgər türkcəni yazmaq olar? Bunlar istəyirlər, Tehranda türklərdə elə bir nəsil yetişsin ki, desin türkcə yazılmaz, türkcə kitab olmaz, türkcə mədəniyyət olmaz,” siyasi fəal əlavə edir./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehdi Nəimi: İran hakimiyyəti türk dili sahəsində çalışan fəalları hədəf alır

    Mehdi Nəimi: İran hakimiyyəti türk dili sahəsində ...

    5-02-2020, 14:40

  • 
  • İranda türk naşirlərə basqılar davam edir

    İranda türk naşirlərə basqılar davam edir ...

    2-06-2018, 11:06

  • 
  • "Abbas Lisaniyə verilən cəza bütün hərəkata verilən cəzadır"

    "Abbas Lisaniyə verilən cəza bütün hərəkata ...

    7-11-2019, 11:13

  • 
  • Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması İran məhkəmə sistemində böyük bir hadisədir

    Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması ...

    30-03-2019, 14:47

  • 
  • Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət cəzasını qüvvədə saxlayıb

    Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət ...

    13-06-2019, 16:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu