"Ermənistan Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınmasına başlamalıdır". “Axar.az” xəbər verir ki, bu sözləri rus politoloq Aleksey Martınov öz facebook səhifəsində yazıb.
O, Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistanın dayandığını deyib: “Dnesteryanının müstəqilliyinin Rusiya tərəfindən tanınması prosedurunun başlanması üçün təşəbbüs göstərmək lazımdır. Ukraynadan sonra ABŞ-ın hədəfində Moldova və Ermənistandır. Mən İrəvana məsləhət görərdim ki, Qarabağın tanınması üçün o da eyni prosedura başlasın”.
Qeyd edək ki, bir müddət öncə saytımıza müsahibəsində rus politoloq Qarabağın “müstəqilliyi”nin Ermənistan, Azərbaycan, Rusiya, daha sonra isə bütün BMT ölkələri tərəfindən tanınacağını demişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?