GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentin vəkilindən prezidentə şikayət

Prezidentin vəkilindən prezidentə şikayət

Tarix: 13-04-2014, 12:44 Bölmə :Siyasət Baxış: 886
Prezidentin vəkilindən prezidentə şikayət
Şəbəkə ticarətinin qurbanları hüquq-mühafizə orqanlarına müraciətə hazırlaşırlar

Azərbaycanda informasiya texnologiyalarının inkişafı fonunda onlayn ticarətlə məşğul olanların sayı da artmaqdadır. Bir neçə il əvvəl əhalinin aztəminatlı və işsiz təbəqəsinin maraq göstərdiyi onlayn ticarət, son vaxtlar cəmiyyətdə tanınmış yaradıcı adamların da əsas məşğuliyyətinə çevrilib. Onlayn ticarətdə vasitəçilik edən işbazların insanların savadsızlığından, informasiya texnologiyaları biliklərinin olmamasından istifadə edərək, dələduzluqla məşğul olmaqları da təəssüf ki, günümüzün reallığıdır. Ən təhlükəlisi isə cəmiyyətdə ziyalı adı ilə tanınan şəxslərin dələduzlarla “işgüzar əlaqəyə” girərək, onların fəaliyyətinin genişlənməsində böyük rol oynamasıdır. Müxtəlif dövlət orqanlarına, o cümlədən, hüquq-mühafizə qurumlarına ərizələrlə müraciət edən şəxslərin yazdıqlarına inanmayıb internet resurslarında kiçik bir araşdırma aparanda şəbəkə fırıldaqçıları sırasında “ziyalı obrazı”nın mövcudluğunun təsdiqlənməsi bizi həm də təəccübləndirdi.
Bir qrup şəxs redaksiyamıza Mehdiyev Ağalar İdris oğlu ilə bağlı şikayət məktubu göndərib. Şikayətçilərin dediyinə görə, A.Mehdiyev özünü ölkə prezidentinə yaxın adam, əməkdar incəsənət xadimi, yazıçı və rejissor kimi təqdim edərək onların etimadını qazanıb. Elə inanmadığımız məqam da bu idi ki, sadalanan titulların sahibi hara, şəbəkə biznesi, onlayn ticarət hara? Amma A.Mehdiyevin özünün mətbuata verdiyi müsahibəsində təsdiqlədiyi kimi, o, şəbəkə biznesinin öndərlərindən biri, bəlkə də birincisidir.
“LNS” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi kimi açıqlama verən A.İdrisoğlunun onlayn ticarətin bilicisi olduğuna şübhələnməyə onun müsahibəsini oxuduqdan sonra əsas qalmadı. Necə ki, həmin bu A.İdrisoğlunun Mehdiyev Ağalar İdris oğlu olduğuna heç bir şübhə yoxdur. Vikipediya məlumatlarında Mehdiyev Ağalar İdris oğlu – yazıçı, dramaturq, publisist, prezident mükafatçısı, respublikanın əməkdar incəsənət xadimi və s. titullarla təqdim olunur. Elə A.İdrisoğluna işə düzəltmək, bizneslə məşğul olmaq adı ilə pul verərək aldandıqlarını deyən şikayətçilər onun bu cür fəxri adlarının sehrinə düşdüklərini yana-yana deyirlər. Demək, şəbəkə qurmaq, onlayn bizneslə məşğul olmaq üçün heç də marketinq mütəxəssisi olmaq vacib deyil. Aktyorluq və rejissorluq qabiliyyətləri də bu iş üçün yararlıdır. Ən əsası isə özünü “yuxarılara yaxın adam” kimi qələmə verməyi bacarırsansa, hər kəs sənə inanacaq.
Əvvəlki vaxtlarda A.İdrisoğlunun, hətta, soyadının da bu biznesdə məna daşıdığı “dar çevrə”də vurğulanırmış. Sonradan bu çevrə böyüdükcə artıq hər kəs bu soyadlı və sadalanan titullarla birisinin yuxarılara bağlı olduğuna inanmışdır. Beləcə, yeni iş yeri qazanmaq, gəlir əldə etmək istəyən insanların liderinə çevrilən A.İdrisoğluna pul verməyə növbəyə düzülənlər də varmış.
2011-ci ildən onlayn ticarətlə məşğul olmaq adı ilə ofislərə dəvət olunan bir qrup şəxs müxtəlif məbləğlərdə pulu A.İdrisoğluna verdiklərini iddia edir. Onlar əvvəlcə A.İdrisoğlunun marketinq dərslərində iştirak edirlərmiş. Bəlağətli çıxışı, ritorik sualları ilə hər kəsi heyran edən Ağalar müəllimin onlayn ticarət və pul qazanmağın yolları haqqında hər çıxışından sonra onlar üçün bir sual qalırdı: tələb olunan məbləği hardan tapmaq? İlk ağıla gələn bankdan kredit götürmək, borc almaq və s. olurdu. Qısa müddət ərzində qazanmaq əminliyi ilə 500 manatdan 1800 manatadək məbləğdə pulu tapıb Ağalar müəllimə verən şəxs həmin anda özünü xoşbəxtlər sırasında görürdü: milyonçu olmağa lap az qalıb. Məsələn, Ağalar müəllimin “dar çevrəsi”ndə olan Əhliman adlı birisi deyəndə ki, respublikada 25 ildən artıq müddətdə yüksək vəzifələrdə işləmiş rejissor, yazıçı-publisist, Prezident mükafatçsı olan şəxs bu biznesdədirsə, deməli, bu iş “yuxarılardan” xeyir-dua alıb.
Necə ki, A.İdrisoğlu özü müsahibəsində deyir:
“Bu ticarət insanların rahatlığına zəmin yaradır və elektron biznesin Azərbaycanda istifadə olunması Azərbaycana böyük gəlir gətirə bilər. Bu gəlir də dediyim kimi, Azərbaycan əhalisinin sosial durumunun yaxşılaşması deməkdir. Azərbaycanın dövlət başçısı da bu ticarətin inkişafı barədə qərar verib. Bu qərar boş yerə verilməyib ki? Bu çox alqışlanası addımdır”.
Əvvəllər A.İdrisoğlunun ətrafında olanlar onun soyadını və titullarını sadalayaraq, insanları şəbəkəyə cəlb edirmişlər. Onlayn ticarəti birbaşa “kurasiya edən” nazirlərin də adları çəkilirmiş. İndi isə A.İdrisoğlu onlayn ticarətin inkişafına dair ölkə prezidentinin qərar verdiyini deyir. Halbuki, prezidentin belə bir qərarının olduğu bizə məlum deyil. A.İdrisoğluna onlayn ticarətə qoşulmaq adı ilə pul vermiş adamların dediyinə görə, o, özü də 50-dən artıq adamdan pul aldığını etiraf edib. Lakin müxtəlif bəhanələr gətirərək həmin pulları (50 min manatdan artıqdır) kimlərəsə - “yuxarılara” verdiyini deyir. O “yuxarılar” isə indi ona pulu qaytarmırlar.
Bu məsələ ötən il prezident seçkiləri ərəfəsində olub və Ağalar müəllim də həmin vaxt prezidentin vəkili olduğunu deyirmiş. Seçkilərdən sonra bütün məsələlərin düzələcəyi, təmsilçisi olduğu şirkətin böyük proyektlər edəcəyinə ümidli olan şəxslər də A.İdrisoğlunun vədlərinə inanırdılar. Lakin seçkidən sonra Ağalar müəllim artıq yeni şirkətdə işə başladığını bəyan edib.
Daxil olan məlumatlarda o da bildirilir ki,”Yaxın adamları Ağalar müəllimin dövlət tapşırığı ilə Sumqayıtda böyük işlər gördüyünü, yaxınlarda, hətta, yüksək vəzifəyə təyin olunacağını bildirirdilər. Bizdən işə düzəldəcəyi adı ilə pulların yığılmasında Ağalarla əlbir olan Əhliman deyirdi ki, müəllim ciddi bir işin altına girib. Şəxsən prezident ona etimad göstərir, seçkidə də özünə vəkil təyin edib. Bir azdan bizim biznesimiz daha da inkişaf edəcək, ofislərimizi də böyüdəcəyik. 1000-2000 min manat nə puldur ki, ondan ötrü narahat olursuz. Bir azdan biz kisə ilə pul qazanacağıq. Siz şirkətimizdə işləməyə yaxın adamlarınızı yığın. Lakin indi görürük ki, bunların böyük işlər dediyi “LNS” MMC imiş. Bakıda Nərimanov metrosunun yanında ofisləri var. A.İdrisoğlu isə Sumqayıt şöbəsinin rəhbəridir. Ondan pulumuzu tələb edəndə təklif edib ki, əlavə pul verin, gəlin “LNS” MMC-yə üzv olun. Qısa müddətdə milyonçu olmağın yolu budur. Biz hardan biləydik ki, respublikada tanınmış bir ziyalı, prezidentin vəkili olan adam pulumuzu mənimsəyər? Əgər A.İdrisoğlu bizdən aldığı pulun hesabına özünə şirkət qurub ofis alırsa, deməli, bunun arxasında duranlar var. Yuxarılardakı dostları onu hər şeydən qoruyursa, biz dərdimizi kimə deyək? Nərimanov rayon 17-ci polis bölməsində də şikayətimizə baxan yoxdur. A.İdrisoğlunun şəriki Hüseyn hamıya bəyan edir ki, “bizim şirkətdə elə adam var, birbaşa ölkə rəhbərinə zəng vurub sözünü deyir. Görünür, bu prezidentə zəng vuran adam deyəndə A.İdrisoğlunu nəzərdə tuturmuş...”, - deyə bir qrup şəxsin dövlət orqanlarına yazılan müraciətində nəql olunur. Şikayətçilər tədbir görülməyəcəyi halda, ölkə prezidentinə müraciət etməyi düşünürlər.
Seymur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda milli domen adlarının onlayn rejimdə qeydiyyatına başlanacaq (VİDEO)

    Azərbaycanda milli domen adlarının onlayn rejimdə ...

    24-08-2013, 00:57

  • 
  • PA-nın sektor müdiri: “Media dövlətin təhlükəsizliyini diqqətdə saxlamalıdır”

    PA-nın sektor müdiri: “Media dövlətin ...

    4-02-2014, 12:44

  • 
  • WhatsApp-dan yenilik

    WhatsApp-dan yenilik ...

    5-02-2016, 22:39

  • 
  • “WhatsApp”la fahişəliklə məşğul olan şəbəkə

    “WhatsApp”la fahişəliklə məşğul olan şəbəkə ...

    27-11-2013, 05:53

  • 
  • Azərbaycanda viza verilmə qaydaları dəyişdirildi

    Azərbaycanda viza verilmə qaydaları dəyişdirildi ...

    9-04-2013, 10:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu